haberL haberR

Yanan binanın bir qrup sakini tələblərini bildirdi

Kateqoriya: Sosial Yayımlama tarixi: 05.10.2015 17:33:08

Onlar bu tələblərini aksiya keçirərək bildiriblər

Sakinlərin tələbi onlara verilən vədlərin yerinə yetirilməsidir.

Yanan binanın bir qrup sakini aksiya keçirib. 

İslamazeri.az musavat.com-a istinadən xəbər verir ki, saat 14:00 radələrində əvvəlcə Bakı Şəhər İcra Hakimiyyətinə və oradan da Prezident Administrasiyasına yollanan sakinləri heç kim qəbul etməyib. 

Sakinlər daha sonra Nazirlər Kabinetinin qarşısına toplaşıblar.

Sakinlərin tələbi onlara verilən vədlərin yerinə yetirilməsidir. Sakinlər bildirirlər ki, yanğından sonra binanın təmiri keyfiyyətsiz şəkildə həyata keçirilib.

Prezidentin tapşırığına əməl etdiklərini göstərməyə çalışan məmurlar mənzilləri keyfiyyətsiz mebellərlə və ev əşyaları ilə təmin ediblər. Narazı sakinlər kondisioner, soyuducu kimi əşyaları söz verilsə də, ala bilmədiklərini qeyd ediblər.

Nazirlər Kabinetinin qarşısına toplaşanlar arasında yanğın zamanı zərər görən, yararsız vəziyyətə düşən obyektlərin və maşınların sahibləri də var. Onlar da heç bir kompensasiya ala bilmədiklərinə görə etiraz ediblər.

Xatırladaq ki, Azadlıq prospektində baş verən yanğında 15 nəfər ölmüşdü. Binanın bütün mənzilləri yanmışdı.

Yayımlanan xəbərlərin bütün haqları “İslamazeri” İnternet Qəzetinə aiddir. İstinad edilmədən məlumatların, video və fotoların götürülməsi qadağandır.
© Copyright 2006 İslamazeri.az - "İslamazeri" internet qəzeti. Bütün hüquqları qorunur.
İcazəsiz və mənbə göstərilmədən yayımlana bilməz.