haberL haberR

Yanan binanın sakinlərinə binaya daxil olmağa izn veriləcək

Kateqoriya: Ölkə Yayımlama tarixi: 20.05.2015 13:20:40

Binəqədi RİH başçısı: “Yanmış binanın sakinlərinə evlərindən əşyaları çıxarmağa şərait yaradılacaq”
“Yanğın baş verən binanın sakinləri mənzillərinə baxmaq, oradan əşyalarını çıxarmaq istəsə, bu gün onlara şərait yaradılacaq”.

 

İslamazeri.az apa-ya istinadən xəbər verir ki, bunu Binəqədi rayon İcra Hakimiyyətinin başçısı Xaləddin İsgəndərov deyib.

İH başçısı bildirib ki, sakinlərə siyahı əsasında öz evlərindən əşyalarını çıxarmağa da şərait yaradılacaq.

X. İsgəndərov onu da qeyd edib ki, yanmış binanın sakinləri onlara ayrılan mənzillərdə qalmaq istəməsələr, onlara yaşamaq istədikləri evin kirayə haqqı ödəniləcək.

Yayımlanan xəbərlərin bütün haqları “İslamazeri” İnternet Qəzetinə aiddir. İstinad edilmədən məlumatların, video və fotoların götürülməsi qadağandır.
© Copyright 2006 İslamazeri.az - "İslamazeri" internet qəzeti. Bütün hüquqları qorunur.
İcazəsiz və mənbə göstərilmədən yayımlana bilməz.