Yanğından xilas olan qız telefona görə öldü

Gənc qız alovlar içindən nənəsini xilas etdi, daha sonra telefonu götürmək istəyərkən həyatını itirdi.
İslamazeri.az “Sabah” qəzetinə istinadən xəbər verir ki, İzmir şəhərinin Konak qəsəbəsində yaşayış binasının 4-cü mərtəbəsində yanğın çıxıb.
Yanğına elektrik naqilindəki qısqapanma səbəb olub.
Həmin evdə yaşayan 17 yaşlı qız Aycan Yüceyurt evdəki 65 yaşlı nənəsi Mine Yüceyurtu qısa zamanda çölə çıxarmağı bacarıb. O daha sonra telefonunu götürmək üçün yanğının davam etdiyi evə geri qayıdıb.
Lakin, qatı duman arasından geri qayıda bilməyən qız 4-cü mərtəbədən aşağı tullanıb. Əvvəlcə elektrik naqillərinə dəyən qız sonra betona çırpılıb.
Hadisə yerinə gələn təcili tibbi yardım həkimləri bütün cəhdlərə baxmayaraq gənc qızın həyatını xilas edə bilməyib.
-
Dünyanın ən dərin şirin su gölündən görüntülər Rusiyanın Sibir şəhərinin cənubunda yerləşən bu gölün ən yüksək dərinliyi 1637 metrdən ibarətdir.
-
100 min insan döyüşlərə görə Həma əyalətini tərk edib Kütləvi köçə səbəb Həma əyalətində üsyançılar ilə hökumət qüvvələri arasında baş vermiş silahlı toqquşmalardır.
-
Rusiya Türkiyəni Suriyadakı vəziyyəti gərginləşdirməməyə səsləyir Bu bəyanatı Rusiya Federasiya Xarici İşlər Nazirliyi yayıb.
-
300-ə qədər suriyalı qaçqın Türkiyədən azad edilmiş Cərablus şəhərinə geri dönürlər Qaçqınlar Türkiyənin Miqrasiya Xidmətindəki qeydiyyatdan çıxırlar.
-
Ölümü unutmaq – Ayətullah Behcətin dilində "Bəzilərimiz isə daima ölümü xatırlayır və ona hazırlaşırlar."
-
İraqın baş naziri Mosul şəhərinin azad olunmasıyla bağlı açıqlama verib ABŞ İraqın könüllü xalq dəstələrinin (Həşd əş-Şəbi) Mosul əməliyyatında iştirakından narazıdır.