haberL haberR

Yanmış binanın sakinləri yeni mənzillərinə köçürüləcək (Video)

Kateqoriya: Sosial Yayımlama tarixi: 28.09.2015 15:40:04

Sakinlər mənzillərinə mərhələli şəkildə yaxın üç gün ərzində köçəcəklər

Bu barədə report.az məlumat yayıb. Bildirilir ki, sakinlər mənzillərinə mərhələli şəkildə yaxın üç gün ərzində köçəcəklər.

Hazırda Binəqədi rayon İcra Hakimiyyəti və «Azəraqrartikinti» Səhmdar Cəmiyyəti əməkdaşlarının iştirakı ilə mənzillərin aktlaşdırılması həyata keçirilir.

Aktlaşdırma sənədlərində mənzildə olan avadanlıqların siyahısı da qeyd olunub.

Binəqədi rayonu, Azadlıq prospekti 200/36 ünvanında yerləşən çoxmərtəbəli binada yanğın bu il mayın 19-da olub. Hadisə nəticəsində 15 nəfər ölüb. Yanğına ilkin səbəb kimi binanın üzərinə çəkilmiş penoplast üzlüklər göstərilir.

Yayımlanan xəbərlərin bütün haqları “İslamazeri” İnternet Qəzetinə aiddir. İstinad edilmədən məlumatların, video və fotoların götürülməsi qadağandır.
© Copyright 2006 İslamazeri.az - "İslamazeri" internet qəzeti. Bütün hüquqları qorunur.
İcazəsiz və mənbə göstərilmədən yayımlana bilməz.