haberL haberR

YAP Eldar Sabiroğlunun oğlunun bəyanatına 'inana bilmirik' dedi

Kateqoriya: Münasibət Yayımlama tarixi: 21.12.2015 0:12:21

Aydın Mirzəzadə: "YAP-ın fəaliyyətində fəal iştirak etmiş bir şəxsin övladının müxalifətə keçməsi halları Azərbaycanda indiyə kimi olmayıb"

YAP Siyasi Şurasının üzvü, deputat Aydın Mirzəzadə Müdafiə Nazirliyinin sabiq mətbuat xidmətinin rəhbəri Eldar Sabiroğlunun oğlu Rüfət Səfərovun bəyanatına münasibət bildirib.

O, Modern.az saytına prokurorluq orqanlarında çalışan şəxsin bu cür çıxış etməsinə təəssüfləndiyini ifadə edib.

“Təəssüf edirəm ki, vaxtilə Yeni Azərbaycan Partiyasında mühüm vəzifə tutmuş şəxsin övladı belə fikirlər söyləyir. Hansısa işdən uzaqlaşmağı siyasiləşdirmək düzgün deyil. Bu gün hüquq-mühafizə orqanlarımızda şəffaflıq var, qanuna hörmət mühiti var. Bu baxımdan kimlərinsə işdən getməsini mütləq siyasətə bağlamağın və yaxud da nə iləsə ittiham etməyin özü də düzgün deyil. Hüquqşünas yaxşı bilməlidir ki, dediyi hər bir sözü təsdiqedici faktlarla ortaya qoymalıdır.

Ümumi şəkildə ittiham etməyin özü həmin ittihamın düzgün olmadığını göstərir. Çox istərdim ki, gənclərimiz hər bir məsələyə hüquqi, dövlətçilik baxımdan, özlərinin dövlətçiliyə verdiyi töhfə konteksindən baxaydılar”.  

Aydın Mirzəzadə keçmiş YAP-çı deputatın oğlunun müxalifətə keçməsi məsələsinə təəccüb etdiyi deyib. 

“Onun müxalifətə keçməsi həqiqətdirmi?! İnana bilmirəm ki, Eldar Sabiroğlunun oğlu müxalifətə keçib. Çünki YAP-ın fəaliyyətində fəal iştirak etmiş bir şəxsin övladının müxalifətə keçməsi halları Azərbaycanda indiyə kimi olmayıb. Buna inana bilmirəm. Hər halda, sonrakı addımlarına görə fikir bildirmək olar”.(meydantv)

Yayımlanan xəbərlərin bütün haqları “İslamazeri” İnternet Qəzetinə aiddir. İstinad edilmədən məlumatların, video və fotoların götürülməsi qadağandır.
© Copyright 2006 İslamazeri.az - "İslamazeri" internet qəzeti. Bütün hüquqları qorunur.
İcazəsiz və mənbə göstərilmədən yayımlana bilməz.