haberL haberR

Yaponiya kosmosda seyr edən asteroidə peyk göndərdi

Kateqoriya: Elm-təhsil Yayımlama tarixi: 03.12.2014 10:58:52

“Hayabusa-2” peyki yapon mütəxəsisləri tərəfindən kosmosa göndərildi

İslamazeri.az-ın “Lenta”-ya istinadən verdiyi xəbərə görə, Yaponiya “Tanqesima” kosmodromundan   H-2A raket daşıyıcısının vasitəsi ilə “1999JU3” asteroidinə peyk göndərib.

 

“Hayabusa-2” peyki 1,5X1,6 metr olan 600 kiloqram çəkili qurğudur. Peykin asteroidin səthinə eniş edərək oradan günəş sisteminin və planetlərin yaranmasının sirlərini aşkar edə biləcək nümünələr götürəcək.

 “Hayabusa-2” peyki 2018 ci ildə “1999JU3” asteroidinin  səthinə eniş edəcəyi gözlənilir. Asteroid səthindən götürülən nümünələrlə birlikdə 2020 ci ilədək peykin yerə dönməsi gözlənilir.

 Asteroidin yerdən 300 milyon kilometr məsafədə olmasaına baxmayaraq, peyk 5,2 milyard kilometr yol qət etməli olacaq. Bu, asteroidin həcminin kiçik  (900 metr) və peyk üçün əlverişli enmə imkanı  olmamsı ilə əlaqədardır.

 

 

Yayımlanan xəbərlərin bütün haqları “İslamazeri” İnternet Qəzetinə aiddir. İstinad edilmədən məlumatların, video və fotoların götürülməsi qadağandır.
© Copyright 2006 İslamazeri.az - "İslamazeri" internet qəzeti. Bütün hüquqları qorunur.
İcazəsiz və mənbə göstərilmədən yayımlana bilməz.