haberL haberR

Yaponiyanın "Toyota" şirkəti yüz minlənlərlə avtomobilini geri çağırır

Kateqoriya: Texnologiya Yayımlama tarixi: 15.07.2015 15:50:10

Proqram təminatında yaranan problemlərlə əlaqədar olaraq "Toyota" şirkəti dünyanın müxtəlif yerlərində satışa çıxarılan avtomobillərini geri çağırır

İslamazeri.az-ın "Ria"-ya istinadən verdiyi xəbərə görə, Yaponyanın avtomobil liderlərindən biri olan "Toyota Motor" dünya üzrə 625 min hibrid Prius modeli olan avtomobilin geri çağırılacağını bildirib.

Məlumata əsasən, Toyota şirkəti 2010-cu il may ayından 2014-cü il noyabr ayına qədər istehsal edilən avtomobilləri geri çağıracaq. Yaponiya bazarında satışa çıxarılan 340 min, ABŞ bazarında satışa çıxarılan 110 min, Avropa bazarında satışa çıxarılan 160 min avtomobil geri çağırılacaq.

Rusiya və MDB ölkələrindən geri çağırılacaq avtomobillərin sayı barədə isə hələlik dəqiq məlumat verilmir.

Avtombillərin geri çağırılmasına səbəb kimi proqram təminatında yaranan problemlərdir. Proqram təminatının düz işləməməsi, maşında qəza işığlarının zamanında yanmaması və nadir hallarda avtomobilin bütün sisteminin sönməsinə səbəb olur.

Yayımlanan xəbərlərin bütün haqları “İslamazeri” İnternet Qəzetinə aiddir. İstinad edilmədən məlumatların, video və fotoların götürülməsi qadağandır.
© Copyright 2006 İslamazeri.az - "İslamazeri" internet qəzeti. Bütün hüquqları qorunur.
İcazəsiz və mənbə göstərilmədən yayımlana bilməz.