Yayda uşağa peyvənd vurmaq olarmı? - Açıqlama

Havaların isti keçməsi ilə əlaqələndirilən bu "ənənə" valideynlərin istəyi ilə yanaşı, bir çox hallarda poliklinika həkimləri tərəfindən də söylənilir.
Bəs bu düzdürmü?
Respublika Gigiyena və Epidemiologiya Mərkəzinin (GEM)direktor müavini Afaq Əliyeva azvision.az-a açıqlamasında bunun tamamilə yanlış olduğunu deyib. O qeyd edib ki, peyvəndlər il boyu, fəsildən asılı olmayaraq vurulur.
"Yayda uşaqların peyvənd edilməməsi ifadəsi yanlışdır. Peyvənd təqvimə uyğun, uşağın aylığı və yaşı nə zaman tamam olursa, o zaman vurulur. Bəzən valideyn hər hansı səhvə yol verir, uşağı vaxtında peyvəndə aparmır. Lakin peyvəndlərin yay fəslində vurulmaması kimi qayda, qanun yoxdur. Peyvənd il boyu, fəsildən asılı olmayaraq aparılır".
A.Əliyeva qeyd edib ki, yay fəslində heç bir poliklinikada uşaqalar peyvəndən kənarda saxlanılmır. "Hansısa valideyn əgər yay aylarında uşağını peyvəndə aparmırsa, bu, qanunauyğunluq demək deyil. Statistika göstərir ki, il boyu uşaqlara peyvəndlər vurulur. Yayda ola bilsin ki, valideyn evdə olmur, bağa və ya istirahətə gedir. Yalnız belə hallarda hansısa uşağın peyvəndi yubana bilər".
-
Dünyanın ən dərin şirin su gölündən görüntülər Rusiyanın Sibir şəhərinin cənubunda yerləşən bu gölün ən yüksək dərinliyi 1637 metrdən ibarətdir.
-
100 min insan döyüşlərə görə Həma əyalətini tərk edib Kütləvi köçə səbəb Həma əyalətində üsyançılar ilə hökumət qüvvələri arasında baş vermiş silahlı toqquşmalardır.
-
Rusiya Türkiyəni Suriyadakı vəziyyəti gərginləşdirməməyə səsləyir Bu bəyanatı Rusiya Federasiya Xarici İşlər Nazirliyi yayıb.
-
300-ə qədər suriyalı qaçqın Türkiyədən azad edilmiş Cərablus şəhərinə geri dönürlər Qaçqınlar Türkiyənin Miqrasiya Xidmətindəki qeydiyyatdan çıxırlar.
-
Ölümü unutmaq – Ayətullah Behcətin dilində "Bəzilərimiz isə daima ölümü xatırlayır və ona hazırlaşırlar."
-
İraqın baş naziri Mosul şəhərinin azad olunmasıyla bağlı açıqlama verib ABŞ İraqın könüllü xalq dəstələrinin (Həşd əş-Şəbi) Mosul əməliyyatında iştirakından narazıdır.