haberL haberR

Yazıçı Anarın romanı İranda çap olunub

Kateqoriya: Elm-təhsil Yayımlama tarixi: 07.03.2016 19:44:58

Azərbaycan Yazıçılar Birliyinin (AYB) Güney Azərbaycan şöbəsinin təşəbbüsü ilə Xalq yazıçısı Anarın "Dantenin yubileyi" romanı "Böyük qurultay" adı ilə Tehranın "Noxbeqan" nəşriyyatında çapdan çıxıb.

SalamNews AYB-nin rəsmi saytına istinadla xəbər verir ki, kitabı əski əlifbaya çevirən Solmaz Təbrizli və çapa hazırlayan Səid Muğanlıdır.

AYB-nin Güney Azərbaycan şöbəsi son iki ildə Güney Azərbaycanda bir çox Quzeyli yazıçıların əsərləri, o cümlədən Xalq yazıçısı Anarın "Nəsrin fəzası", Kamal Abdullanın "Sehirbazlar dərəsi", Vaqif Səmədoğlunun "Bu yolların yuxusunu kim görüb", İsa Müğannanın "Doğma və yad adamlar", Afaq Məsudun "Su iti", Şahmar Ələkbərzadənin "Utanım yerinə, ay utanmayan!", Mirəli Seyidovun "Bayram və bayramlıq", İsmayıl Şıxlının “Ölüləri Qəbristanda basdırın", Əlisəmit Kürün "Sonuncu dua" kitabları çap edilib.

Hazırda Fikrət Qocanın "Dayanacaqda görüş" əsəri çapa hazırlanır.

Yayımlanan xəbərlərin bütün haqları “İslamazeri” İnternet Qəzetinə aiddir. İstinad edilmədən məlumatların, video və fotoların götürülməsi qadağandır.
© Copyright 2006 İslamazeri.az - "İslamazeri" internet qəzeti. Bütün hüquqları qorunur.
İcazəsiz və mənbə göstərilmədən yayımlana bilməz.