haberL haberR

Yəhudi ekspert Rusiyanın anti-terror əməliyyatını belə analiz edir

Kateqoriya: İslam Yayımlama tarixi: 08.10.2015 17:55:17

"Təl-Əviv" universitetinin şərqşünası bölgədə olan son hadisələrlə bağlı analizini mətbuata təqdim edib

İslamazeri.az “Alalam”-ə isinadən verdiyi xəbərə görə, Ebadl Sezar Rusiyanın Suriyada teroristlərlə mübariəsinə toxunaraq deyib: “Ruslar artıq öz hücumlarına başlayıblar. ABŞ Rusiyanın bu addımından olduqca narahatdır. Putin İŞİD-lə mübarizə niyyəti ilə Obamanı razı salsa da, Rusiyanın əsas hədəfi Suriya dövlətini dəstəkləməkdir. Hətta bu ABŞ və İsrailə məxsus qırıcılarla üzləşmək bahasına olsa belə. Bu hərbi müdaxilələr ABŞ və İsrailin xeyrinə olmayacaqdır. İndidən rus əsgərləri Amerikadan Suriyada olan mövqelərini tərk etmələrini istəyirlər. Digər tərəfdən İsrail Suriya üzərində "Hizbullah"ı hədəfə almaq istədiyində, rus silahları İsraili hədəfə alacaqdır.”

Yayımlanan xəbərlərin bütün haqları “İslamazeri” İnternet Qəzetinə aiddir. İstinad edilmədən məlumatların, video və fotoların götürülməsi qadağandır.
© Copyright 2006 İslamazeri.az - "İslamazeri" internet qəzeti. Bütün hüquqları qorunur.
İcazəsiz və mənbə göstərilmədən yayımlana bilməz.