haberL haberR

Yəhudi mühacirlər Məscidül-Əqsaya basqın etdi

Kateqoriya: Yaxın Şərq Yayımlama tarixi: 17.11.2015 18:02:20

İşğalçı rejim Əqsa məscidini bölmək niyyətindən əl çəkmir

İslamazeri.az FİM-ə istinadən xəbər verir ki, bu gün səhər saatlarında yəhudi mühacirlər Məscidül-Əqsaya basqın edib. Bu zaman yəhudi mühacirlərin təhlükəsizliyi sionist rejim qüvvələri tərəfindən qorunub. Məscidin daxilində olan müsəlmanlar isə təkbir səsləndirməklə öz etirazlarını bildiriblər. Bundan başqa işğalçı rejim qüvvələri Babul-Əmud bölgəsindəki əl-Mədaris məhəlləsinə basqın təşkil etdib. Basqın zamanı fələstinli gənclərlə işğalçı qüvvələr arasında qarşıdurma yaranıb.

İnsident zamanı fələstinli kimi geyinən rejim qüvvələrinin 3 fələstinli azyaşlını həbs etdiyi xəbəri verilib.

Yayımlanan xəbərlərin bütün haqları “İslamazeri” İnternet Qəzetinə aiddir. İstinad edilmədən məlumatların, video və fotoların götürülməsi qadağandır.
© Copyright 2006 İslamazeri.az - "İslamazeri" internet qəzeti. Bütün hüquqları qorunur.
İcazəsiz və mənbə göstərilmədən yayımlana bilməz.