haberL haberR

Yəhudilər Məscidül-Əqsaya basqın etdikdən sonra orada şərab içiblər

Kateqoriya: İslam Yayımlama tarixi: 08.12.2014 19:00:01 3406 dəfə oxunub.

Sionist yəhudilər Əl-Əqsa məscidinə basqın etdikdən sonra orada şərab içib.

İslamazeri.az-ın “FİM”-ə istinadən verdiyi xəbərə görə, İslami Vəqflər İdarəsindən verilən məlumata əsasən bu gün səhər bir qrup sionist yəhudi İslam dünyasının əhəmiyyətə malik Əl - Əqsa məscidinə etdikləri basqın zamanı orada şərab içiblər.

İslami Vəqflər İdarəsi bildirir ki,  bir qrup sionist yəhudi mühacir, içərilərində 9 qadın olmaqla, işğalçı İsrail ordusunun himayəsi altında Məscidül-Əqsaya basqın edib. Basqından sonra radikal sionist yəhudilər məscidin içərisində, silsilə qapısının və Qasım Paşa yolunda duraraq  yemək yeyib, şərab içiblər.

Məscidi mühafizə edənlər radikalları qovmaq istəsələr də, işğalçı polis basqınçılara müdaxilə etməyib.

Yayımlanan xəbərlərin bütün haqları “İslamazeri” İnternet Qəzetinə aiddir. İstinad edilmədən məlumatların, video və fotoların götürülməsi qadağandır.
© Copyright 2006 İslamazeri.az - "İslamazeri" internet qəzeti. Bütün hüquqları qorunur.
İcazəsiz və mənbə göstərilmədən yayımlana bilməz.