haberL haberR

Yəmən 700 km məsafədə yerləşən Səudiyyə şəhərinə raketlə zərbə endirib

Kateqoriya: Dünya Yayımlama tarixi: 02.09.2016 12:31:15

Taif şəhəri Yəmən sərhədindən 700 kilometr uzaqlıqda yerləşir.

İslamazeri.az-ın "almasdarnews"-ə istinadən verdiyi xəbərə əsasən, bəzi məlumatlara görə, Yəmən Respublika Qvardiyası atdığı R-17 ballistik raketi (9K72 "Elbrus" raket kompleksinə daxildir) Səudiyyə Ərəbistanının Taif şəhərinə zərbə endirib. Taif şəhəri Yəmən sərhədindən 700 km uzaqlıqda yerləşir.

Husilərin bu hərbi nailiyyəti böyük nəticələrə sahib ola bilər. Çünki Səudiyyə Ərəbistanının paytaxtı ər-Riyadın artıq Yəmən ballistik raketləri üçün əlçatan zonada olduğu məlum olub. Məlum hadisə münaqişənin irəliləyiş trayektoriyasında Sənada seçilmiş Yəmən hökumətinin xeyrinə dəyişikliklərə səbəb ola bilər.

Lakin "almasirah" xəbər agentliyi və rəsmi hərbi mənbələr hələ ki, bu informasiyanı təsdiq etməyiblər.

Yayımlanan xəbərlərin bütün haqları “İslamazeri” İnternet Qəzetinə aiddir. İstinad edilmədən məlumatların, video və fotoların götürülməsi qadağandır.
© Copyright 2006 İslamazeri.az - "İslamazeri" internet qəzeti. Bütün hüquqları qorunur.
İcazəsiz və mənbə göstərilmədən yayımlana bilməz.