BƏƏ Husilərlə döyüşdən vaz keçdi, Səudiyyənin İrana "Yəmən mesajı"
Kateqoriya: Yaxın Şərq
Yayımlama tarixi: 16.06.2016 16:05:30

İslamazeri.az-ın "Əl Məsdər"ə istinadən verdiyi xəbərə görə, Birləşmiş Ərəb Əmirliyi 48 saat ərzində 3 hərbi vertolyotunu itirdikdən sonra, Yəməndən çıxma qərarı alıb.
Bu haqda Əbu Dabi vəliəhdi, şahzadə Məhəmməd inb Zayed ən-Nəxyan "tvitter" səhifəsində məlumat verib.
"Bu günkü gündə bizim mövqeyimiz bəllidir: bizim silahlı qüvvələr üçün müharibə bitmişdir, biz siyasi razılqıları izləyirik və Yəmən xalqına azad edilmiş bölgələrdə öz dəstəyimizi davam etdirəcəyik", - deyə şahzadə sosial şəbəkəsində qeyd edib.
Bu arada Səud ailəsilə bağlı sosial şəbəkələrdə ifşaedici məlumatlar yayan "Müctehid" kod adlı Səudiyyənin "Assanjı" (red: "Wikileaks" saytının qurucusu Culian Assanj) bildirib ki, Səudiyyənin ikinci vəliəhdi Məhəmməd bin Salman Yəmən müharibəsinə son vermək üçün Oman vasitəçiliyi ilə məktub göndərib, - bu haqda Türkiyənin "Yakındoguhaber" portalı məlumat yayıb.
Yəmənin "Əl Məsirə" telekanalı isə Yəmən ordusu və "Ənsarullah" hərəkatının güclərinin Taizdə Ben Əli şəhərində irəlilədiyini və mövqelərini gücləndirdiyini bildirib.
Qeyd edək ki, Yəmən Konqress Partiyasının liderlərindən Abduh Məhəmməd əl-Cundi Səudiyyənin Yəməndəki itkilərini gizlətdiyini bildirərək, krallığın 4500 canlı qüvvəsini itirdiyini önə çəkmişdi ətraflı.
-
Dünyanın ən dərin şirin su gölündən görüntülər Rusiyanın Sibir şəhərinin cənubunda yerləşən bu gölün ən yüksək dərinliyi 1637 metrdən ibarətdir.
-
100 min insan döyüşlərə görə Həma əyalətini tərk edib Kütləvi köçə səbəb Həma əyalətində üsyançılar ilə hökumət qüvvələri arasında baş vermiş silahlı toqquşmalardır.
-
Rusiya Türkiyəni Suriyadakı vəziyyəti gərginləşdirməməyə səsləyir Bu bəyanatı Rusiya Federasiya Xarici İşlər Nazirliyi yayıb.
-
300-ə qədər suriyalı qaçqın Türkiyədən azad edilmiş Cərablus şəhərinə geri dönürlər Qaçqınlar Türkiyənin Miqrasiya Xidmətindəki qeydiyyatdan çıxırlar.
-
Ölümü unutmaq – Ayətullah Behcətin dilində "Bəzilərimiz isə daima ölümü xatırlayır və ona hazırlaşırlar."
-
İraqın baş naziri Mosul şəhərinin azad olunmasıyla bağlı açıqlama verib ABŞ İraqın könüllü xalq dəstələrinin (Həşd əş-Şəbi) Mosul əməliyyatında iştirakından narazıdır.