haberL haberR

Yəmən "Ənsarullah" hərəkatı: Biz Səud rejiminə qarşı vuruşuruq, silahı yerə qoyan deyilik

Kateqoriya: Yaxın Şərq Yayımlama tarixi: 28.08.2016 14:50:45

Yəmənin “Ənsarullah” hərəkatı silahlarını yerə qoymayacaqlarını bildirib

İslamazeri.az-ın “Presstv”-yə istinadən verdiyi xəbərə əsasən, bu barədə açıqlama verən hərəkatın sözçüsü Muhəmməd Əbdus-salam deyib: “Bizi məğlub etmək istəyən düşmən, qurduğumuz pusquya düşəcəkdir və bizim silahımıza göz tikənləri məhv edəcəyik.”

Bununla bərabər, ölkə ordusu və hərəkatın birgə yaydığı bəyanatda deyilir: “Ordumuz tam inamla öz mübarizəsinə davam edəcəyini elan edir. Bizim təcavüzkarla mübarizə aparmaq üçün lazımı qədər gücümüz var. Bizim sahib olduğumuz və ya olacağımız silahlar müdafiə üçün istifadə olunur.”

Yayımlanan xəbərlərin bütün haqları “İslamazeri” İnternet Qəzetinə aiddir. İstinad edilmədən məlumatların, video və fotoların götürülməsi qadağandır.
© Copyright 2006 İslamazeri.az - "İslamazeri" internet qəzeti. Bütün hüquqları qorunur.
İcazəsiz və mənbə göstərilmədən yayımlana bilməz.