haberL haberR

Yəmən mediasından iddia: Türk Hava Yolları Suriyadan Yəmənə terrorçu daşıyacaq

Kateqoriya: Dünya Yayımlama tarixi: 06.02.2015 2:37:21 3341 dəfə oxunub.

Yəmən mediası THY (Türk Hava Yolları) ilə bağlı maraqlı iddia irəli sürüb

İslamazeri.az-ın Türkiyə mediasına istinadən verdiyi xəbərə görə, Yəməndə yayımlanan "Mirsad" qəzeti iddia edib ki, martda planlaşdırılan Türk Hava Yollarının Suriya-Yəmən hava reyslərilə Suriyadan Yəmənə terrorçular gətiriləcək.

Adının açıqlanmasını istəməyən bir mənbəyə istinad edən qəzet THY-nın bu səfərlərin iki ölkə arasında turizm və ticarətin artması ilə əlaqələndirsədə, əsil hədəf Suriyadan Yəmənin cənubuna terrorçuların gətirilməsidir.

Yəmənin Beyda, Maarib, Ərhəb kimi cənubdakı şəhərlərdə Xalq Komitələri və Yəmən ordusu qarşısında ağır məğlubiyyətlərə uğradılan silahlı qruplaşmaların Suriyadan gətiriləcək terrorçularla gücləndirilməyə çalışıldığını iddia edən qəzet Türkiyənin İraq və Suriyadakı təcrübəni Yəməndə də həyata keçirməyə çalışdığını ön çəkib.

Bir neçə il öncə cənubdakı Abyan və Şebva şəhərlərindəki silahlı toqquşmalar zamanı təkfirçi qruplaşmaları cənubdan yığaraq oradan THY vasitəsilə Suriyaya nəql etmək hədəfilə çıxarıldığını qeyd edən Yəmən qəzeti, THY-nın 2012-ci ilin oktyabr ayından öncə həftədə 3, sonra isə 4 səfər həyata keçirdiyini yazıb.

Yayımlanan xəbərlərin bütün haqları “İslamazeri” İnternet Qəzetinə aiddir. İstinad edilmədən məlumatların, video və fotoların götürülməsi qadağandır.
© Copyright 2006 İslamazeri.az - "İslamazeri" internet qəzeti. Bütün hüquqları qorunur.
İcazəsiz və mənbə göstərilmədən yayımlana bilməz.