haberL haberR

Yəməndə 2,8 milyon sakin məcburi köçkünə çevrilib

Kateqoriya: Yaxın Şərq Yayımlama tarixi: 21.06.2016 11:46:49

Yəməndə qaçqınların işi üzrə BMT Ali komissariatının bəyanatında deyilir

İslamazeri.az-ın RİA-ya istinadən verdiyi xəbərə əsasən, Yəməndə qaçqınların işi üzrə BMT Ali komissariatından bildirilir ki, Yəməndəki vətəndaş müharibəsi 2,8 milyon nəfər yəmənlini evlərini tərk etməyə məcbur edib.

“Ötən ilin martından davam edən Yəmən  müharibəsi 2,8 milyon yəmənlini öz doğma yerlərindən qaçmağa məcbur edib, bu dünyanın digər yerlərində olan münaqişələr ilə müqayisədə il ərzində ən çox məcburi köçkün sayıdır.”,  – deyə komissariatın bəyanatında deyilir.

Beləliklə, yəmənli məcburi-köçkünlərin müharibə ərzindəki sayı ölkə paytaxtı Səna sakinlərinin sayını ötüb.

Müharibə şəraitinə baxmayaraq, Yəmən Afrikadan olan qaçqınları qəbul etməyə davam edir. Məsələn, hazırda ölkədə 270 min somalili yaşayır. Komissariatda qeyd edildiyi kimi, regionun digər ölkələrindən fərqli olaraq, çətin humanitar vəziyyətə baxmayaraq Yəməndə qaçqınlara yaxşı yanaşırlar.

Yayımlanan xəbərlərin bütün haqları “İslamazeri” İnternet Qəzetinə aiddir. İstinad edilmədən məlumatların, video və fotoların götürülməsi qadağandır.
© Copyright 2006 İslamazeri.az - "İslamazeri" internet qəzeti. Bütün hüquqları qorunur.
İcazəsiz və mənbə göstərilmədən yayımlana bilməz.