haberL haberR

Yəməndə Əhli-beyt davamçılarının məscidi partladıldı, çox sayda ölən var (Foto)

Kateqoriya: Dünya Yayımlama tarixi: 20.03.2015 16:22:31

Yəməndə 2 məscid partladılıb

İslamazeri.az-ın "Reuters" agentliyinə istinadən verdiyi xəbərə görə, Yəmənin paytaxtı Sənada Bədr və Həşuş məscidlərində partlayış baş verib. 

Hadisə şahidlərinin dediyinə əsasən, ardıcıl olaraq 3 partlayış baş verib. Terror aktı zamanı 55-dən çox Əhli-beyt (ə) ardıcılı həyatını itirib, 200-ə yaxın yaralının olduğu bildirilir. Ölənlərin sayının artacağı istisna edilmir.

Xatırladaq ki, 2 gün öncə "Ənsarallah" hərəkatının mətbuat katibi Əbdülkərim Huyəvani sui-qəsd zamanı öldürülmüşdü. Terror aktını "Əl-Qaidə" terror təşkilatı üzərinə götürmüşdü.

****
17:08
Son məlumata görə ölənlərin sayı 77-ə çatıb.


Yayımlanan xəbərlərin bütün haqları “İslamazeri” İnternet Qəzetinə aiddir. İstinad edilmədən məlumatların, video və fotoların götürülməsi qadağandır.
© Copyright 2006 İslamazeri.az - "İslamazeri" internet qəzeti. Bütün hüquqları qorunur.
İcazəsiz və mənbə göstərilmədən yayımlana bilməz.