haberL haberR

Yəməndə Husilər və Salehin tərəfdarları Ali Siyasi Şura yaradacaqlar

Kateqoriya: Yaxın Şərq Yayımlama tarixi: 28.07.2016 19:01:03

Yəməndə "Ənsarullah" və eks prezident Abdullah Salehin tərəfdarları Ali Şura yaradır

İslamazeri.az-ın ərəb mediasına istinadən verdiyi xəbərə əsasən, "Ənsarullah" hərəkatından olan Husilər və eks-prezident Əli Abdullah Salehin tərəfdarları – Ümumi Xalq Konqresi Partiyası – ölkənin gələcək idarə edilməsi üçün birgə Ali Siyasi Şuranın yaradılması barədə razılığa imza atıblar.

Xatırladaq ki, paytaxt Səna və ölkənin bir sıra rayonları Husilərin nəzarəti altındadır. Küveytdə hakimiyyətlə aparılan sülh danışıqları hələ ki, heç bir nəticə verməyib. Yeni orqan “Ənsarullah”-ın 10 və Salehin partiyasının 10 nümayəndəsindən ibarət təşkil ediləcək. Şuraya sədrlik növbə ilə olacaq.
 Yeni orqanın məqsədləri arasında “Səudiyyə Ərəbistanının aqressiyasına müqavimət”, ölkənin idarə edilməsi və konstitusiyaya müvafiq siyasətin yürüdülməsi göstərilir.
Yayımlanan xəbərlərin bütün haqları “İslamazeri” İnternet Qəzetinə aiddir. İstinad edilmədən məlumatların, video və fotoların götürülməsi qadağandır.
© Copyright 2006 İslamazeri.az - "İslamazeri" internet qəzeti. Bütün hüquqları qorunur.
İcazəsiz və mənbə göstərilmədən yayımlana bilməz.