haberL haberR

Yəməndə partlayış: 45 nəfər həyatını itirib (Yeniləndi)

Kateqoriya: Dünya Yayımlama tarixi: 29.08.2016 11:56:25

"Al Arabiya" telekanalı isə yerli polisə istinadən bildirir ki, hadisə nəticəsində 50 nəfər ölüb

İslamazeri.az-ın "Reuters" agentliyinə istinadən verdiyi xəbərə əsasən, “Sərhədsiz həkimlər” təşkilatından bildiriblər ki, Yəmənin cənubunda yerləşən Ədən şəhərində baş vermiş terror aktında ölənlərin sayı 45-ə çatıb, daha 60 nəfər isə yaralanıb.

Terror aktını mina quraşdırılmış avtomobili idarə edən kamikadze devrilmiş sabiq prezident Mənsur Hadiyə sadiq olan qoşun düşərgəsinin yaxınlığında törədib.

"Al Arabiya" telekanalı isə yerli polisə istinadən bildirir ki, hadisə nəticəsində 50 nəfər ölüb

Məsuliyyəti hələ heç bir qruplaşma öz üzərinə götürməyib. Xatırladaq ki, Yəmənin cənubunda İŞİD və “Ərəbistan yarımadasındakı əl-Qaidə” terror təşkilatları fəaliyyət göstərirlər.

 

***

10:56
 
İslamazeri.az-ın "Frans Press" agentliyinə istinadən verdiyi xəbərə əsasən, güc strukturundakı mənbədən bildiriblər ki, Yəmənin cənubunda yerləşən Ədən şəhərində bazar ertəsi günü səhər saatlarında baş vermiş partlayışda 11 nəfər həyatını itirib.
 
Hadisə Yəmən ordusuna könüllü şəkildə yazılma məntəqəsinin yaxınlığında baş verib. Mənbədən agentliyə bildiriblər ki, terrorçu-kamikadze öz avtomobilini hərbiyə yazılmaq istəyənlərin yaxınlığında partladıb. Onun sözlərinə görə qurbanların sayı arta bilər.
 
Regionda fəaliyyət göstərən terror qruplaşmalarından hələ heç biri partlayışın məsuliyyətini öz üzərinə götürməyib.
 
Cümə axşamı günü ABŞ dövlət katibi Con Kerri Səudiyyə Ərəbistanına səfərinin yekunlarına dair çıxışında birlik hökumətinin yaradılması və silahın üçüncü tərəfə aparılması da daxil olmaqla, münaqişənin həll edilməsi üzrə yeni təşəbbüs haqqında bildirib. Bazar günü Husilər tərəfindən Sənada yaradılmış Ali Siyasi Şuranın üzvləri bildiriblər ki, əgər onlara qarşı olan hərbi əməliyyatlar dayandırılsa, onlar təşəbbüslərlə işləməyə hazırdırlar.
Yayımlanan xəbərlərin bütün haqları “İslamazeri” İnternet Qəzetinə aiddir. İstinad edilmədən məlumatların, video və fotoların götürülməsi qadağandır.
© Copyright 2006 İslamazeri.az - "İslamazeri" internet qəzeti. Bütün hüquqları qorunur.
İcazəsiz və mənbə göstərilmədən yayımlana bilməz.