haberL haberR

Yəməndə partlayış: 4 ölü, 6 yaralı

Kateqoriya: Yaxın Şərq Yayımlama tarixi: 20.07.2016 15:53:33

Terroru hələ ki, heç kim öz üzərinə götürməyib

İslamazeri.az-ın rus mediasına istinadən verdiyi xəbərə görə, Yəmənin Ədən şəhərinin mərkəzində yerləşən Mənsur rayonu ərazisində baş vermiş partlayışda 4 nəfər həyatını itirib, daha 6 nəfər isə yaralanıb.

“Sky News Arabia” telekanalının məlumatına əsasən partlayıcı qurğu polis nəzarət-keçid məntəqəsi yaxınlığında işə salınıb.

“Al-Jazeera” telekanalının məlumatına əsasən, bombanı terrorçu-kamikadze partladıb.

Terror aktının məsuliyyətini hələ ki, heç bir terror qruplaşması öz üzərinə götürməyib. Xatırladaq ki, Yəməndə İŞİD və “Əl-Qaidə Ərəbistan yarımadasında” terror qruplaşmaları fəaliyyət göstərir.

Yayımlanan xəbərlərin bütün haqları “İslamazeri” İnternet Qəzetinə aiddir. İstinad edilmədən məlumatların, video və fotoların götürülməsi qadağandır.
© Copyright 2006 İslamazeri.az - "İslamazeri" internet qəzeti. Bütün hüquqları qorunur.
İcazəsiz və mənbə göstərilmədən yayımlana bilməz.