haberL haberR

Yəməndə polis və hərbçilər hücum: ölənlər və yaralananlar var

Kateqoriya: Dünya Yayımlama tarixi: 18.07.2016 11:55:59

5 əsgər ölüb.

İslamazeri.az-ın "Al-Arabia" telekanalına istinadən verdiyi xəbərə əsasən, bu gün səhər saatlarında Yəmənin cənubunda - əl-Muqəlla şəhərində baş vermiş terrorçular hücumu nəticəsində azı 9 polis həyatını itirib, onlarla insan isə yaralanıb.

AFP agentliyi, öz növbəsində bildirib ki, hərbçilərin nəzarət-keçid məntəqəsinin yanında minalaşdırılmış 2 avtomobil partlayıb. Partlayıcı qurğular terrorçu kamikadzelər tərəfindən işə salınıb. Məlumata əsasən, 5 əsgər ölüb.

Yayımlanan xəbərlərin bütün haqları “İslamazeri” İnternet Qəzetinə aiddir. İstinad edilmədən məlumatların, video və fotoların götürülməsi qadağandır.
© Copyright 2006 İslamazeri.az - "İslamazeri" internet qəzeti. Bütün hüquqları qorunur.
İcazəsiz və mənbə göstərilmədən yayımlana bilməz.