haberL haberR

Yəməndə Səudiyyə rejiminin hava zərbəsi nəticəsində 9 dinc sakin həyatını itirib

Kateqoriya: Dünya Yayımlama tarixi: 08.08.2016 17:55:00

4 nəfər bazardan öz avtomobilində qayıdan zaman həyatını itirib. Daha 5 nəfər isə yaxınlıqda yerləşən ərzaq dükanında həyatını itirib.

İslamazeri.az-ın "Reuters" agentliyinə istinadən verdiyi xəbərə əsasən, yerli sakinlər bildiriblər ki, Səudiyyə Ərəbistanının başçılıq etdiyi koalisiya Yəmənin paytaxtı Səna ətrafına hava zərbəsi endirib. Nəticədə 9 dinc sakin həyatını itirib.

Hava zərbəsi bazar günü yenidən başlanmış toqquşmaların mərkəzinə çevrilimiş rayona endirilib.

Yerli sakinlər bildiriblər ki, 4 nəfər bazardan öz avtomobilində qayıdan zaman həyatını itirib. Daha 5 nəfər isə yaxınlıqda yerləşən ərzaq dükanında həyatını itirib.

Yayımlanan xəbərlərin bütün haqları “İslamazeri” İnternet Qəzetinə aiddir. İstinad edilmədən məlumatların, video və fotoların götürülməsi qadağandır.
© Copyright 2006 İslamazeri.az - "İslamazeri" internet qəzeti. Bütün hüquqları qorunur.
İcazəsiz və mənbə göstərilmədən yayımlana bilməz.