haberL haberR

Yəməndə terror aktında 40-dan çox insan həyatını itirib

Kateqoriya: Yaxın Şərq Yayımlama tarixi: 16.05.2016 14:06:49

Hadisə qurbanları polis kursantları olub.

Yəməndə 40-dan çox insanın həyatını itirməsi ilə nəticələnən iri terror aktı baş verib. Güclü partlayıcı qurğunu İŞİD-in terrorçu-kamikadzesinin işə saldığı məlumdur. Hadisə qurbanları polis kursantları olub. Bu barədə İslamazeri.az xarici mediaya istinadən xəbər verir.

Yerli tibb işçilərinin sözlərinə görə, xəstəxanalarda hazırda azı 60 yaralı var.

Xatırladaq ki, hadisə dünən Mukalla şəhəri ətrafında baş verib. Hüquq mühafizə orqanlarının məlumatına əsasən, hücumun hədəfi yerli təhlükəsizlik xidmətinin rəisi olub. Lakin xidmət rəisinin 6 mühafizəçisinin həyatını itirməsinə baxmayaraq onu özü sağ qala bilib.

Yayımlanan xəbərlərin bütün haqları “İslamazeri” İnternet Qəzetinə aiddir. İstinad edilmədən məlumatların, video və fotoların götürülməsi qadağandır.
© Copyright 2006 İslamazeri.az - "İslamazeri" internet qəzeti. Bütün hüquqları qorunur.
İcazəsiz və mənbə göstərilmədən yayımlana bilməz.