haberL haberR

Yəməndə yüksək rütbəli səudiyyəli hərbçi əsir alındı

Kateqoriya: Dünya Yayımlama tarixi: 19.10.2015 17:08:32

Əsirin Səudiyyə ordusunun yüksək rütbəli hərbçisi Faiz Müfərrah Abdulla olduğu açıqlanıb.

İslamazeri.az-ın "İRİB"ə istinadən verdiyi xəbərə görə, yəmənli mənbələr daha bir ərəbistanlı hərbçinin Yəmən ordusu və xalq müqavimət qüvvələrinə əsir düşdüyünü bildirib.

Yəmən Müharibə İnformasiya Mərkəzi səudiyyəli əsirlə bağlı görüntüləri media ilə bölüşərək həmin şəxsin Səudiyyə ordusunun yüksək rütbəli hərbçisi Faiz Müfərrah Abdulla olduğunu açıqlayıb.

Digər tərəfdən, "Sky News" televiziyası BƏƏ qüvvələri komandanlığına istinadən verdiyi məlumatda Adəndə əmirliyin bir əsgərinin öldüyünü qeyd edib.

Yayımlanan xəbərlərin bütün haqları “İslamazeri” İnternet Qəzetinə aiddir. İstinad edilmədən məlumatların, video və fotoların götürülməsi qadağandır.
© Copyright 2006 İslamazeri.az - "İslamazeri" internet qəzeti. Bütün hüquqları qorunur.
İcazəsiz və mənbə göstərilmədən yayımlana bilməz.