haberL haberR

Yəməndəki terror hadisəsinin məsuliyyətini İŞİD öz üzərinə götürdü

Kateqoriya: Dünya Yayımlama tarixi: 31.08.2016 15:21:20

Yəmənin Ədən şəhərində 65 nəfərin öldüyü terror aktının məsuliyyətini İŞİD terror təşkilatı öz üzərinə götürüb.

İslamazeri.az-ın "Reuters" agentliyinə istinadən verdiyi xəbərə əsasən, Yəmənin Ədən şəhərində 65 nəfərin öldüyü terror aktının məsuliyyətini İŞİD terror təşkilatı öz üzərinə götürüb.

Xatırladaq ki, ötən gün səhər saatlarında kamikadze mina quraşdırılmış avtomobil ilə Səudiyyə rejimi tərəfindən dəstəklənən devrilmiş prezident Mənsur Hadiyə sadiq qoşunlarının düşərgəsi yaxınlığında terror aktı törədib. Terror aktı nəticəsində 65 nəfər ölüb, 55 nəfər isə yaralanıb. Bildirilir ki, yaralıların çoxunun vəziyyəti ağırdır.

Yayımlanan xəbərlərin bütün haqları “İslamazeri” İnternet Qəzetinə aiddir. İstinad edilmədən məlumatların, video və fotoların götürülməsi qadağandır.
© Copyright 2006 İslamazeri.az - "İslamazeri" internet qəzeti. Bütün hüquqları qorunur.
İcazəsiz və mənbə göstərilmədən yayımlana bilməz.