haberL haberR

"Yəmənə təcavüz edənlər öz sonlarını hazırlayırlar" - İmam cümə

Kateqoriya: İslam Yayımlama tarixi: 27.03.2015 18:07:00 4272 dəfə oxunub.

Tehranın imam cüməsi Ayətullah Kazım Siddiqi Yəməndəki proseslərdən danışıb

İslamazeri.az-ın “Fars”-a istinadən verdiyi xəbərə görə, Tehranın bu həftəki cümə xətibi Ayətullah Kazım Siddiqi olub.

O, öncə ölkənin Ali Dini Lideri Ayətullah Seyid Əli Xameneinin Məşhəd şəhərində etdiyi çıxışa toxunaraq bildirib: “Əziz rəhbərimiz, bu ilin şüarını “dövlət və millətin dil və qəlb birliyi” seçməsi həqiqətən də yerində olan bir addım idi. Xalqın məsullara lazımi etibarı olmazsa, ölkə daxilində sabitlikdən söz gedə bilməz. Xalqla olan, xalqın zəif kütləsindən ayrı düşməyən və ayaq yalınlardan xəbərdar olan dövlət müvəffəq olacaqdır. Dövlət dərdləri araşdırıb, təhlil edib və həll etməlidir. Verdiyi vədələrə xilaf çıxmamalıdır və problemlərin həlli üçün xalqdan dəstək almalıdır. Həqiqətəndə xeyir işlərə dəvət etmək istəyən biri olarsa, ən xeyirli əməl şəhidlərin qanı ilə dirçələn bu dövlətə yardım etməkdir. Və kimsə pis işlərdən çəkindirmək istərsə, bilsin ki münkər (mənfi əməl) bu dövləti zəiflətmək və düşmənləri ilə əlaqədə olmaq ən böyük münkərdir”.

O, həmçinin İran və 5+1 ölkələrinin nüvə müzakirələrinədə toxunaraq bildirib: “Bu müzakirələr ən həssas zamanlarını yaşayır və böyük şeytan və niyyətləri Adəm övladları ilə düşmənçilik etməkdə olan Obama da öz novruz çıxışında, “müzakirələr nəticəsiz qalarsa, bu İranda olan bəzi düşüncə sahiblərinə görə oldu”- deməklə topu İranın meydanına atmaq istədi. Həm rəhbərimiz, həm xalq, həm də dövlət müzakirənin özü ilə problem yaşamırlar. Biz hamımız müzakirə və məntiq əhliyik. Lakin İranda hamının müxalif olduğu bir şey var, oda təkəbbürlük və zor tətbiq etməkdir. Qırmızı xətlər öncədən bildirilib. Qərb ürfə(ədəb-ərkan), siyasi əxlaqa və beynəlxalq qanunlara zidd olaraq bizim nüvədən sülhməramlı şəkildə istifadə etməyimizə qarşı olarlarsa, əlbəttə ki, biz qəbul etməyəcəyik. Eyni zamanda bilməlidirlər ki, razılığa gəlindiyi zaman bütün sanksiyalar ləğv edilməlidir”.

Cənab Siddiqi son zamnlar Yəməndə baş verən hadisələrədə münasibətini bildirərək, “Biz ümüd edirik ki, azad sözə və düşüncəyə sahib olmaq üçün qiyam edən müqavimət və bəsirət əhli olan Yəmən xalqı öz hədəflərinə çatacaqlar. Yəmən prezidenti öncə istefa verdi, daha sonra qaçdı. Çünki anlayırdı ki, qanuni prezident deyil. Bu zaman xalq özü ayağa qalxdı və biz şahidi olduq ki, onlar özləri ölkəni idarə etmək iqtidarına sahibdirlər. ABŞ və İsrail muzdurları süni koalisiya yaradaraq suyu bulandırdılar. Biz Yəmən xalqına şəhidlərə görə baş salığı veririk. Həqiqətəndə bu hadisələr dünya müsəlmanlarını dərin yaraladı. Bu hadisələr qeyri-insani, qeyri-qanuni və narahat edicidir. Hansısa ölkəyə təcavüz edən və daxili işlərinə müdaxilə edənlər həqiqətdə öz sonlarını hazırlayırlar. Biz bu addımları məhkum edir və bu hadisələrdə yaralananlara Allahdan şəfa arzulayırıq”- deyə qeyd edib.

Yayımlanan xəbərlərin bütün haqları “İslamazeri” İnternet Qəzetinə aiddir. İstinad edilmədən məlumatların, video və fotoların götürülməsi qadağandır.
© Copyright 2006 İslamazeri.az - "İslamazeri" internet qəzeti. Bütün hüquqları qorunur.
İcazəsiz və mənbə göstərilmədən yayımlana bilməz.