Yəmənin eks-prezidenti: Onların İranla problemi varsa, bizim xalqımızı niyə öldürməlidirlər?

İslamazeri.az “Yəmən əl-Yəum”-a istinadən xəbər verir ki, Rusiya kanalına müsahibə verən Yəmənin eks-prezidenti Əli Abdullah Saleh bildirib: “Bizim bugünədək İranla heç bir razılığımız olmayıb. Yəmən böhranı zamanı Səud rejimi önündə duran özümüz olmuşuq. Beynəlxalq təhlükəsizlik sistemləri bizim İranla əlaqəmizin olmadığını yaxşı bilirlər. Yəmən əleyhinə koalisiyanın bəhanəsi İranın ölkəmizdə olmasıdır. Lakin bu iddianın heç bir əsası yoxdur. Onların İranla problemi varsa, bizim xalqımızı niyə öldürməlidirlər? Onların İranla su sərhədi mövcuddur. Gedib öz məsələlərini həll etsinlər. Biz İranın əleyhinə deyilik. İran İslam ölkəsidir və bizim qardaşımızdır. İranın istəyi olarsa, biz onlara dostluq və həmkarlıq əlimizi uzadarıq və təcavüzkarlara qarşı müttəfiq olmağa hazırıq.”
Qeyd edək ki, Əli Abdullah Saleh bundan öncə Rusiya ilə də həmkarlıq etməyə hazır olduqlarını bildirmişdi.
-
Dünyanın ən dərin şirin su gölündən görüntülər Rusiyanın Sibir şəhərinin cənubunda yerləşən bu gölün ən yüksək dərinliyi 1637 metrdən ibarətdir.
-
100 min insan döyüşlərə görə Həma əyalətini tərk edib Kütləvi köçə səbəb Həma əyalətində üsyançılar ilə hökumət qüvvələri arasında baş vermiş silahlı toqquşmalardır.
-
Rusiya Türkiyəni Suriyadakı vəziyyəti gərginləşdirməməyə səsləyir Bu bəyanatı Rusiya Federasiya Xarici İşlər Nazirliyi yayıb.
-
300-ə qədər suriyalı qaçqın Türkiyədən azad edilmiş Cərablus şəhərinə geri dönürlər Qaçqınlar Türkiyənin Miqrasiya Xidmətindəki qeydiyyatdan çıxırlar.
-
Ölümü unutmaq – Ayətullah Behcətin dilində "Bəzilərimiz isə daima ölümü xatırlayır və ona hazırlaşırlar."
-
İraqın baş naziri Mosul şəhərinin azad olunmasıyla bağlı açıqlama verib ABŞ İraqın könüllü xalq dəstələrinin (Həşd əş-Şəbi) Mosul əməliyyatında iştirakından narazıdır.