Yəmənin inqilab hökuməti BƏƏ səfirliyini bağladı
Kateqoriya: Yaxın Şərq
Yayımlama tarixi: 19.08.2015 12:08:33

İslamazeri.az-ın “Fars”-a istinadən veridyi xəbərə əsasən, “Ənsarullah” BƏƏ səfirliyini ələ keçirib. Sənada yerləşən səfirliyi ələ keçirən hərəkat üzvləri binanın dərhal boşaldılmasını tələb ediblər. Buna səbəb kimi hərəkat üzvləri BƏƏ-nin son günlərdə Yəmənə təcavüzünün davam etməsini bildiriblər. BƏƏ Xarici İşlər Nazirliyi bu addımı tənqid edərək “Bu addım Husilərin diplomatik və beynəlxalq qanunlara ehtiramsızlıq etdiyinin açıq nümunəsidir. Onlar meşə qanunlarına əməl edirlər.”-deyə bildiriblər.
Xatırladaq ki, BƏƏ Səudiyyə Ərəbistanının Yəmənə qarşı koalisiyasına qoşularaq bu ölkəni bombardıman edir. Bundan əlavə, bir müddət öncə BƏƏ-yə məxsus onlarla zirehli, hərbi texnika Yəmənin Ədən şəhərinə daxil olaraq beynəlxaq hüquq normalarını kobud şəkildə pozub. Suveren ölkənin ərazisinə təcavüz edən BƏƏ, “Ənsarullah” inqilab hökumətini hüquq normalarına riayət etməyə çağırır.
Qeyd edək ki , Səudiyyə Ərəbistanı və müttəfiqlərinin mart ayının 26-dan Yəmənə qarşı başlatdığı təcavüz nəticəsində minlərlə mülki vətəndaş həlak olub, minlərlə vətəndaş isə yaralanıb. Yüz minə yaxın insan öz evlərindən didərgin düşüb. Minlərlə yaşayış binası, məktəb, xəstəxana və digər sosial obyektlər dağıdılıb. Yəməndə humanitar vəziyyət Səudiyyə və müttəfiqlərinin havadan və qurudan tətbiq etdiyi blokada səbəbindən günü-gündən pisləşir. Humanitar təşkilatlar Yəmənə yetərli diqqət ayırmırlar. Dünya ictimaiyyəti bəzi ölkələr çıxmaq şərti ilə Səudiyyə Ərəbistanının bu vəhşiliyinə göz yummaqdadır.
-
Dünyanın ən dərin şirin su gölündən görüntülər Rusiyanın Sibir şəhərinin cənubunda yerləşən bu gölün ən yüksək dərinliyi 1637 metrdən ibarətdir.
-
100 min insan döyüşlərə görə Həma əyalətini tərk edib Kütləvi köçə səbəb Həma əyalətində üsyançılar ilə hökumət qüvvələri arasında baş vermiş silahlı toqquşmalardır.
-
Rusiya Türkiyəni Suriyadakı vəziyyəti gərginləşdirməməyə səsləyir Bu bəyanatı Rusiya Federasiya Xarici İşlər Nazirliyi yayıb.
-
300-ə qədər suriyalı qaçqın Türkiyədən azad edilmiş Cərablus şəhərinə geri dönürlər Qaçqınlar Türkiyənin Miqrasiya Xidmətindəki qeydiyyatdan çıxırlar.
-
Ölümü unutmaq – Ayətullah Behcətin dilində "Bəzilərimiz isə daima ölümü xatırlayır və ona hazırlaşırlar."
-
İraqın baş naziri Mosul şəhərinin azad olunmasıyla bağlı açıqlama verib ABŞ İraqın könüllü xalq dəstələrinin (Həşd əş-Şəbi) Mosul əməliyyatında iştirakından narazıdır.