haberL haberR

Yəmənli alim: 'Yəməndəki münaqişə sünni-şiə münaqişəsi deyil'

Kateqoriya: İslam Yayımlama tarixi: 29.01.2015 18:05:50

Yəmənin nüfuzli alimlərindən biri təkfirçi media orqanlarının cavabını verdi

İslamazeri.az-ın "Fars" xəbər agentliyinə istinadən verdiyi məlumata görə, Yəmənin Zeydi alimlərindən biri olan Əbdülməcid Hüsi Yəməndə yaşanan olayların əsla şiə-sünni münaqişə olmadığını vurğulayıb. 

Şeyx Əbdülməcid bildirib ki, "Ənsarullah" hərəkatı təkfirçiləri mədəni fəaliyyətlə zərərsizləşdirir. 
Yəməndəki münaqişələrin sünni-şiə münaqişəsi olmadığını vurğulayan Əbdülməcid Hüsi təkfirçilərə xidmət göstərən bəzi media orqanlarının bu olayları qəsdən sünni-şiə münaqişəsi kimi kütləyə çatdırdığını bildirib. 

Şeyx əlavə edib ki, yəmənlilərin mübarizəsi zalım rejimə qarşı olub, xalq inqilabı xüsusiyyətini daşıyır.

Yayımlanan xəbərlərin bütün haqları “İslamazeri” İnternet Qəzetinə aiddir. İstinad edilmədən məlumatların, video və fotoların götürülməsi qadağandır.
© Copyright 2006 İslamazeri.az - "İslamazeri" internet qəzeti. Bütün hüquqları qorunur.
İcazəsiz və mənbə göstərilmədən yayımlana bilməz.