haberL haberR

Yeni dərsliklər barədə təkliflər paketi qurumlara göndərildi

Kateqoriya: Səhiyyə Yayımlama tarixi: 06.10.2015 11:41:05

Təhsil Nazirliyi bu barədə məlumat verib
"Təhsil Nazirliyi dərsliklərin məzmununda müşahidə edilən çatışmazlıqlara dair bütün problemlərlə bağlı indiyədək olduğu kimi, bundan sonra da müvafiq sahə üzrə ekspertlərin iştirakı ilə ictimai və elmi-metodik müzakirələrin keçirilməsinə hazırdır".
 
Təhsil Nazirliyindən APA-nın sorğusuna cavab olaraq bildirilib ki, dərsliklərin çapaqədərki qiymətləndirilməsi 3 müstəqil qurum - ölkənin aparıcı mütəxəssislərindən təşkil olunmuş DQŞ, Tələbə Qəbulu üzrə Dövlət Komissiyası və müəllim hazırlığı ilə məşğul olan ali məktəblər tərəfindən aparılır: "Hər bir dərsliyin nəşriyyat tərəfindən müsabiqə komissiyasına təqdim olunmuş maketi müəyyən kod altında yuxarıda adı çəkilən qurumlara qiymətləndirməyə verilir. Nəticədə alınan rəylərdəki qiymətlər hər bir dərslik üzrə ümumiləşdirilir. 3 qurumun verdiyi qiymət əsasında ədədi orta qiymət müəyyənləşdirilir, yekunda ən yüksək bal toplayan dərslik maketi qalib elan olunur". Qeyd olunub ki, ümumtəhsil məktəb dərslikləri təsdiq olunmuş fənn kurikulumları (təhsil proqramları) əsasında hazırlanır: "Dərsliklər üçün müəlliflərin seçimi və çap prosesi nəşriyyat-poliqrafiya müəssisələri tərəfindən həyata keçirilir. Təhsil Nazirliyi dərsliklərin hazırlanması üzrə tender elan edir. Dərslikləri Qiymətləndirmə Şurası (DQŞ) tenderə nəşriyyat-poliqrafiya müəssisələri tərəfindən təqdim olunmuş dərslik maketlərinin ekspertizasını aparır və müsabiqənin yekununda  qalib nəşriyyatları müəyyənləşdirir. Təhsil Nazirliyi bu prosesin təşkilini əlaqələndirir və DQŞ-nin yekun qərarının rəsmiləşdirilməsini təmin edir". Məlumatda o da qeyd olunub ki, son 2 ildə Təhsil Nazirliyinin keyfiyyətli dərsliklərin hazırlanması məqsədilə atdığı addımlardan biri dərsliklərin çapaqədərki qiymətləndirilməsinə DQŞ ilə yanaşı, digər qurumların da cəlb olunmasıdır: "Dərslik hazırlığının mövcud Qaydası ilə yanaşı, "ehtiyat" dərsliklərin sifariş yolu ilə hazırlığına razılıq verilməsinə dair təkliflər paketi müvafiq dövlət qurumlarına təqdim edilib. Dərslik hazırlığı ilə bağlı yeni Qaydaların təsdiqi bu sahədəki bir çox problemlərin həllinə kömək edəcək, peşəkar müəlliflərin və bu sahədə ixtisaslaşmış ali məktəb kafedralarının bu işə daha fəal qoşulmasına şərait yaradacaq".
Yayımlanan xəbərlərin bütün haqları “İslamazeri” İnternet Qəzetinə aiddir. İstinad edilmədən məlumatların, video və fotoların götürülməsi qadağandır.
© Copyright 2006 İslamazeri.az - "İslamazeri" internet qəzeti. Bütün hüquqları qorunur.
İcazəsiz və mənbə göstərilmədən yayımlana bilməz.