haberL haberR

Yeni "Microsoft Office 2016" istifadəyə verildi

Kateqoriya: Texnologiya Yayımlama tarixi: 26.09.2015 11:25:03

Bu barədə Azərbaycan nümayəndəliyi məlumat verib

İslamazeri.az xəbər verir ki, "Microsoft Office 2016” yeni tətbiqlər paketi Azərbaycan istifadəçilərinin və şirkətlərin ixtiyarına verib. “Office 2016” – əksəriyyətə tanış olan tətbiqlərin əvvəlki versiyalarının ən yaxşı keyfiyyətlərini və maksimal effektiv əməkdaşlıq üçün bir sıra faydalı funksiyaları birləşdirən son versiyasıdır.

“Son zamanlar insanların işə münasibəti əhəmiyyətli dərəcədə dəyişib. Bununla əlaqədar olaraq “Microsoft” mobil və bulud texnologiyalarının ön plana keçdiyi müasir dünyanın tələblərinə cavab verməsi məqsədilə biznes prosesləri yenidən öyrənir. Bizim son innovasiyalarımız “Office”in hamımıza tanış işçi proqramlar toplusundan məhsuldar qarşılıqlı iş və əməkdaşlıq üçün yaradılmış bir-birilə qarşılıqlı əlaqəli olan tətbiq və xidmətlərə çevrilməsinin əsasını təşkil edib”, - deyə “Microsoft” korporasiyasının prezidenti Satya Nadella bildirib.

“Windows” əməliyyat sistemində fəaliyyət göstərən fərdi kompüterlərin “Office 2016” paketinə “Word”, “PowerPoint”, “Excel”, “Outlook”, “OneNote”, “Project”, “Visio” və “Access” kimi ofis proqramlarının ən yeni versiyaları daxil edilib (“Microsoft Office” və ya “Office 365” proqram təchizatlarından asılı olaraq).

“Office” - ənənəvi olaraq geniş populyarlıq qazanan əsas baza proqram məhsullarından biridir. “Office 2016” – “Microsoft” tərəfindən ortaq fəaliyyət üçün yeni imkanlarla təqdim olunan ən son versiya prorqramlar toplusudr.

Yayımlanan xəbərlərin bütün haqları “İslamazeri” İnternet Qəzetinə aiddir. İstinad edilmədən məlumatların, video və fotoların götürülməsi qadağandır.
© Copyright 2006 İslamazeri.az - "İslamazeri" internet qəzeti. Bütün hüquqları qorunur.
İcazəsiz və mənbə göstərilmədən yayımlana bilməz.