Bakıya gətirilən yeni qatarlar nə vaxt xəttə buraxılacaq?

Bakı Metropoliteninin mətbuat xidmətinin rəhbəri Nəsimi Paşayev AzVision.az-a bildirib ki, hazırda həmin vaqonların xəttə buraxılması üçün mütəxəssislərlə hazırlıq işləri gedir.
“Hazırlığı 10 günə bitirməyi planlaşdırırıq. Ondan sonra vaqonları sınaq, edib xəttə buraxmağı planlaşdırırıq. Bir sözlə vaqonlar bu ayın sonuna kimi xəttə buraxılacaq”,- deyə Nəsimi Paşayev bildirib.
N.Paşayev bildirib ki, yeni vaqonlar "Həzi Aslanov"-"İçərişəhər" xəttinə buraxılacaq.
Qeyd edək ki, vaqonlar Rusiyanın “Metrovaqonmaş” SC nin səhmlərinin 25%-nin sahibi olan Fransanın “Alstom” şirkəti ilə bağlanmış müqavilə əsasında əldə edilib. Hələlik 5 vaqondan ibarət 2 qatar ölkəyə gətirilib. Daha 1 qatarın da gətirilməsi nəzərdə tutulub. Bu vaqonların tutumu 330 sərnişin təşkil edir. Köhnə vaqonlarda isə bu rəqəm 308 olub.
-
Dünyanın ən dərin şirin su gölündən görüntülər Rusiyanın Sibir şəhərinin cənubunda yerləşən bu gölün ən yüksək dərinliyi 1637 metrdən ibarətdir.
-
100 min insan döyüşlərə görə Həma əyalətini tərk edib Kütləvi köçə səbəb Həma əyalətində üsyançılar ilə hökumət qüvvələri arasında baş vermiş silahlı toqquşmalardır.
-
Rusiya Türkiyəni Suriyadakı vəziyyəti gərginləşdirməməyə səsləyir Bu bəyanatı Rusiya Federasiya Xarici İşlər Nazirliyi yayıb.
-
300-ə qədər suriyalı qaçqın Türkiyədən azad edilmiş Cərablus şəhərinə geri dönürlər Qaçqınlar Türkiyənin Miqrasiya Xidmətindəki qeydiyyatdan çıxırlar.
-
Ölümü unutmaq – Ayətullah Behcətin dilində "Bəzilərimiz isə daima ölümü xatırlayır və ona hazırlaşırlar."
-
İraqın baş naziri Mosul şəhərinin azad olunmasıyla bağlı açıqlama verib ABŞ İraqın könüllü xalq dəstələrinin (Həşd əş-Şəbi) Mosul əməliyyatında iştirakından narazıdır.