haberL haberR

Yeni rektorun bu qərarı etirazlara səbəb oldu

Kateqoriya: Ölkə Yayımlama tarixi: 10.08.2016 12:18:06

Ən çox diqqət çəkən məqam isə universitetin giriş hissəsinin fasadında olan mozaikanın sökülməsidir.

Bakı Slavyan Universitetində söküntü işləri aparılır.

Qafqazinfo xəbər verir ki, bu barədə sosial şəbəkə istifadəçiləri məlumat yayıblar. Ən çox diqqət çəkən məqam isə universitetin giriş hissəsinin fasadında olan mozaikanın sökülməsidir. Xəbərə görə, sözügedən məşhur mozaika BSU-ya yeni təyin edilmiş rektor Nurlana Əliyevanın göstərişi ilə sökülüb.

Qeyd edilir ki, BSU tarixində təhsil müəssisəsində aparılmış təmirlər zamanı universitetin görünüşünə dəyişikliklər edilsə də, bu mozaikaya toxunulmurdu. Bu söküntü tələbələr və vətəndaşlar tərəfindən ciddi etirazla qarşılanıb.

Xatırladaq ki, BSU üzərində həkk edilmiş həmin mozaikada Azərbaycanın tanınmış şair və yazıçıları təsvir edilmişdi.

Yayımlanan xəbərlərin bütün haqları “İslamazeri” İnternet Qəzetinə aiddir. İstinad edilmədən məlumatların, video və fotoların götürülməsi qadağandır.
© Copyright 2006 İslamazeri.az - "İslamazeri" internet qəzeti. Bütün hüquqları qorunur.
İcazəsiz və mənbə göstərilmədən yayımlana bilməz.