haberL haberR

Yeni tikililərdə evlər bahalaşdı - Təhlil

Kateqoriya: Sosial Yayımlama tarixi: 11.03.2016 14:29:05

Fevral ayı üzrə ilkin mənzil bazarında satışa təklif olunan “podmayak” mənzillərin hesablanmış orta təklif qiyməti dollarla ifadədə 13.7% artaraq 661 dollar/кv.m-dən 752 dollar/кv.m-ə, milli valyuta ilə 1025 manat/кv.m-dən 1166 manat/кv.m-ə qalxıb.

Publika.az-a açıqlama verən iqtisadçı-ekspert Nüsrət İbrahimov bildirib ki, bazarın bu seqmenti üzrə təklif edilən mənzillərin əksər hissəsi 800 dollar/kv.m qiymətindən aşağı olan ucuz mənzillərdir. Bu dəyərdə olan mənzillər ümumi portfelin 60.7%-ni təşkil edir: “Qeydə alınan orta bazar qiyməti 561 dollar/kv.m-dir. Ümumi təklif portfelinin 33.0%-i 800-1200 dollar/kv.m qiymət diapazonu arasında yerləşən mənzillərin payına düşür. Bu qiymət diapazonunda qeydə alınan orta bazar qiyməti 950 dollar/kv.m-dir. Bazardakı bahalı mənzillərin, yəni, hər kvadratmetrinin dəyəri 1200 dollardan çox olan mənzillərin payı isə 6.3% təşkil edir. Bahalı mənzillərdə qeydə alınan orta bazar qiyməti isə 1567 dollar/kv.m olub”.

İqtisadçının sözlərindən bəlli olur ki, ekspozisiya müddəti son fevral ayında ortalama 185 gün təşkil edib: “Bu da öz növbəsində ötən yanvar ayından -6.1% aşağı göstəricidir. Ekspozisiya müddətinin nisbətən aşağı düşməsinə səbəb kimi ilkin mənzil bazarında aktivliyin artmasını göstərmək olar. Alıcıların sayında son ayda artım olduğundan, ilkin mənzil bazarının aktivliyi ötən aya nisbətən 6.4% artıb. İlkin mənzil bazarında təklif edilən mənzillərin otaq strukturuna gəldikdə, əvvəllər də olduğu kimi, ümumi təklif payında daha çox iki və üçotaqlı mənzillər üstünlük təşkil edirlər. Fevral ayında onların ümumi birgə payı 69,9% təşkil edib. Hesabat ayı üzrə təklif portfelində satışa çıxarılan “podmayak” mənzillərin sayında Yasamal rayonu aparıcı mövqe tutur, şəhər üzrə olan ümumi təklif portfelinin 20.1% təşkil edir.
Böyük paya malik olan digər rayonlar isə Nəsimi və Xətai rayonlarıdır ki, hər biri ümumi təklif portfelinin 17.5%-ni təşkil edir. Təklif üzrə ən az paya sahib olan rayonlar isə Xəzər və Qaradağ rayonlarıdır. Ötən ay ərzində ilkin mənzil bazarında bütün növ otaqlı mənzillərin orta təklif qiymətində artım müşahidə edilib. Birotaqlı mənzillərin orta təklif qiyməti ay ərzində 10.4% artaraq 682 $, ikiotaqlı mənzillərin orta təklif qiyməti 10.6% artaraq 754 dollar, üçotaqlı mənzillərin orta təklif qiyməti isə 9.1% artaraq 741 dollar təşkil edib. Son ayda otaqlar üzrə qiymətlərin bu həddə artmasına səbəb kimi, əmlak bazarındakı passivliyin aktivliklə əvəz olunması ilə yanaşı, bazarda təklif olunan ucuz mənzillərin satılaraq satışdan çıxarılmasını göstərmək olar.

Son ayda bаzаrdа təklif olunan “podmayak” mənzillərin ümumi orta sahəsi 6.7% artaraq 113.6 kv.m təşkil edib. Otaqlar üzrə isə birotaqlı mənzilin ümumi sahəsi ortalama 55.0, ikiotaqlı 96.0, üçotaqlı 128.3, dörd və beş otaqlı mənzillərdə isə müvafiq olaraq orta sahə 182.0 və 230.0 kv.m qeydə alınıb.

İlkin mənzil bazarında kvadratmetrin qiymətinə görə təklif olunan ən bahalı mənzil beşotaqlı təmirsiz mənzil olub. Nəsimi rayonunda “Cavanşir” körpüsünün yaxınlığında yerləşən 235 kv.m sahəyə malik olan, tam təmirsiz mənzilin kvadratmetrinin satışa təklif olunan ilkin qiyməti 2528 dollar təşkil edib. Ən ucuz mənzil isə Suraxanı rayonunun “Yeni Günəşli” qəsəbəsində qeydə alınıb. Ümumi sahəsi 108 kv.m olan üçotaqlı yeni tikili mənzil bazara 269 dollar/kv.m qiyməti ilə təklif edilib.
Ay ərzində təklif qiymətində ən çox artım Binəqədi və Nərimanov rayonlarında müşahidə edilib, azalma isə yalnız iki rayonda -Nizami və Sabunçu rayonlarında qeydə alınıb.
Fevral ayında aktivlik əmsalına görə ən cəlbedici rayonlar Nəsimi, Yasamal və Xətai rayonları olub. İlkin mənzil bazarında qiymət indeksi yanvar ayı ilə müqayisədə bu ay 0.05 bənd artaraq 4.15 bəndində qərarlaşıb. Bazarda mənzillərin 1 kv.m-nin orta qiymətindən (752 ABŞ dolları) aşağı olan mənzillər ümumi portfеldə daha çoх paya, yəni, 53.8%-ə malikdir. Bazara təklif olunan yeni tikili mənzillərin orta otaq göstəricisi 2.5, orta sahə göstəricisi 113.6 kv.m, hər otağın orta satış qiyməti 35 680 dollar, mənzilin orta qiyməti isə 89 200 dollar təşkil еdib”.

Yayımlanan xəbərlərin bütün haqları “İslamazeri” İnternet Qəzetinə aiddir. İstinad edilmədən məlumatların, video və fotoların götürülməsi qadağandır.
© Copyright 2006 İslamazeri.az - "İslamazeri" internet qəzeti. Bütün hüquqları qorunur.
İcazəsiz və mənbə göstərilmədən yayımlana bilməz.