haberL haberR

Yeniyetmələr məktəbə qumbara gətirib onunla oynadılar: Ölən və yaralananlar var

Kateqoriya: Dünya Yayımlama tarixi: 02.09.2016 11:10:13

Qumbara partlayanadək onunla oynamağa başlayıblar.

İslamazeri.az-ın rus mediasına istinadən verdiyi xəbərə, ötən gün Ekvadorun Quyas əyalətinin Playas kantonunun orta məktəbində qumbaranın partlaması nəticəsində 1 gənc qadın həyatını itirib, azı 13 nəfər isə yaralanıb.

Mer Miriam Lukasın məlumatına əsasən, iki yeniyetmə sinfə qumbara gətirib və o partlayanadək onunla oynamağa başlayıblar.

Hadisə günün ikinci yarısında, məktəbdə təhsil almaq istəyən şəxslər üçün əlavə məşğələlər keçirilən zaman baş verib. Məşğələlərdə hər yaşdan olan şəxslər iştirak edib.

Ekvador daxili işlər naziri Xose Serrano artıq öz sosial şəbəkə səhifəsində bildirib ki, nazirlik baş vermiş hadisənin araşdırmasını nəzarətə götürüb.

Yayımlanan xəbərlərin bütün haqları “İslamazeri” İnternet Qəzetinə aiddir. İstinad edilmədən məlumatların, video və fotoların götürülməsi qadağandır.
© Copyright 2006 İslamazeri.az - "İslamazeri" internet qəzeti. Bütün hüquqları qorunur.
İcazəsiz və mənbə göstərilmədən yayımlana bilməz.