haberL haberR

Yerevandakı toqquşmalardan sonra 30-dan çox insan xəstəxanada qalmaqdadır

Kateqoriya: Region Yayımlama tarixi: 21.07.2016 14:30:29

Ermənistan səhiyyə nazirliyi bildirir ki, Yerevanda tutulmuş post-patrul xidməti binasının yaxınlığında baş vermiş toqquşmalarda xəsarət alan 30 nəfərdən çox insan hazırda şəhərin tibb müəssisələrində müalicə olunurlar

İslamazeri.az-ın rus mediasına istinadən verdiyi xəbərə görə, hazırda gecə baş vermiş insident zamanı xəsarət almış 34 nəfər, “Surb Qriqor Lusavoriç”, “Erebuni”, “Yerevan”, “Ermənistan” respublika tibb mərkəzlərində, həmçinin ilk universitet klinikası “Qeratsi”-də xəstəxana müalicəsi alırlar.

Daha əvvəl isə bildirilmişdi ki, hüquq-mühafizə orqanları əməkdaşları ilə etirazçılar arasında baş vermiş toqquşmalardan sonra 29 polis nəfəri də daxil olmaqla, 51 nəfər Yerevanın tibb müəssisələrinə müraciət edib.

Xatırladaq ki, Yerevanda bir neçə gün öncə etiraz aksiya keçirilib. Aksiya iştirakçıları axşam post-patrul xidməti polkunun binasını tutmuş silahlı qruplaşmaya qarşı xüsusi-əməliyyatın keçirilməsinə mane olmaq üçün, polis binasını dövrəyə alıblar. Çərşənbə gününün axşam saatlarına qədər sakitçilik olub. Lakin etirazçılar binanı tutmuş silahlı şəxslərin qidalanması məsələsini qaldırmasından sonra insident yaranıb. Onlar, qidanı onlara polislərin yox, deputat Paşinyanın gətirməsini tələb ediblər. Bundan sonra onlar polis kordonunu (qarovul xəttini) yarmağa çalışıblar. Nümayişçilər polislərə daş və digər əşyalar atmağa başladıqdan sonra, polislər işıq-səs qumbaralarından istifadə ediblər və havaya bir neçə atəş açıblar.

Xatırladaq ki, ötən bazar günü bir qrup silahlı insan Ermənistan polisinin post-patrul polkunun ərazisinə girərək, güc ilə təhdid edərək  orada olan insanları əsir kimi saxlayırlar. Polisin məlumatına əsasən, bina tutulan zaman 1 polis əməkdaşı ölüb, 5 polis də daxil olmaqla 6 nəfər yaralanıb. Silahlı qrup  4 polisi əsir saxlayır. Əsirlər arasında Ermənistan polisinin rəis müavini Vardan Yegiaazryan  və Yerevan polisini rəis müavini Valeriy Osipyan var.

Silahlı qrup həbsdə saxlanılan Jirayr Sefilyanın azad edilməsini tələb edir. Hakimiyyət nümayəndələri silahlı qruplaşma üzvləri ilə danışıqlar aparırlar.

Yayımlanan xəbərlərin bütün haqları “İslamazeri” İnternet Qəzetinə aiddir. İstinad edilmədən məlumatların, video və fotoların götürülməsi qadağandır.
© Copyright 2006 İslamazeri.az - "İslamazeri" internet qəzeti. Bütün hüquqları qorunur.
İcazəsiz və mənbə göstərilmədən yayımlana bilməz.