haberL haberR

Yevlaxda ağır yol qəzası baş verib

Kateqoriya: Kriminal Yayımlama tarixi: 15.08.2015 13:27:35

Ətrafdakı insanlar sürücünü sıxışıb qaldığı kabindən güclə çıxara biliblər
"KamAz" markalı yük maşını ilə "DAF" markalı TIR-la toqquşub. Zərbənin təsirindən "KamAZ"ın kabini deformasiyaya uğrayıb. Ətrafdakı insanlar sürücünü sıxışıb qaldığı kabindən güclə çıxara biliblər. Hadisə yerindən bildirilib ki, "KamAZ"ın sürücüsü yaralansa da həyati təhlükəsi yoxdur. "DAF" maşını Gürcüstanın "Qianti" şirketinə məxsusdur. Gürcü sürücü bildirib ki, onun önündə gedən minik avtomobilinin sürücüsü əyləci qəfil basıb, bu zaman arxadan gələn "KamAZ" onun yük yerinə çırpılıb. Yol polisi günahın kimdə olub-olmadığını aydınlaşdırmaq üçün hadisə yerinə müstəntiq çağırıldığını deyib. (müsavat.com)
 
 
Yayımlanan xəbərlərin bütün haqları “İslamazeri” İnternet Qəzetinə aiddir. İstinad edilmədən məlumatların, video və fotoların götürülməsi qadağandır.
© Copyright 2006 İslamazeri.az - "İslamazeri" internet qəzeti. Bütün hüquqları qorunur.
İcazəsiz və mənbə göstərilmədən yayımlana bilməz.