haberL haberR

Yevlaxda “Chevrolet” idarəetməni itirdi, ölən var

Kateqoriya: Hadisə Yayımlama tarixi: 06.08.2016 9:27:46

Yevlaxda yol-nəqliyyat hadisəsi baş verib.

Fövqəladə Hallar Nazirliyindən verilən məlumata görə, Yevlax rayonu, Salahlı kəndində “Chevrolet” markalı minik avtomobili idarəetməni itirərək yol kənarındakı kanala düşməsi barədə məlumat daxil olub.

Dərhal Nazirliyin Aran Reqional Mərkəzinin xilasediciləri hadisə yerinə cəlb olunaraq minik avtomobilində sıxılmış vəziyyətdə qalmış sərnişin 1966-cı il təvəllüdlü Quliyeva Sevda Yunis qızının cəsədini çıxararaq aidiyyəti üzrə təhvil veriblər. Əməliyyat saat 04:20-də başa çatıb.

Yayımlanan xəbərlərin bütün haqları “İslamazeri” İnternet Qəzetinə aiddir. İstinad edilmədən məlumatların, video və fotoların götürülməsi qadağandır.
© Copyright 2006 İslamazeri.az - "İslamazeri" internet qəzeti. Bütün hüquqları qorunur.
İcazəsiz və mənbə göstərilmədən yayımlana bilməz.