haberL haberR

Yığmamız San-Marinonu minimal hesabla məğlub etdi - VİDEO

Kateqoriya: İdman Yayımlama tarixi: 05.09.2016 12:05:42

Dünən DÇ-2018-in seçmə mərhələsində ilk oyunlar start götürüb.

Milli komandamız birinci görüşünü San-Marinoyla keçirib. 

Qrup mərhələsində ilk matça çıxan futbolçularımız rəqib meydanda qalib gəlməyi bacarıb. Yığmamız dünyanın ən zəif komandalarından biri hesab olunan San-Marinonu minimal hesabla məğlub edib.
İlk mərhələdən sonra komandamız turnir cədvəlində ikinci sırada qərarlaşıb.
Sözügedən görüşdə yığmamızın şərəfini qoruyan Məhəmməd Mirzəbəyov qeyri-etik hərəkətlə də yadda qalıb. 
Qeyd edək ki, millimiz növbəti görüşünü oktyabrın 8-də  Norveç komandasıyla keçirəcək.

San-Marino - Azərbaycan - 0:1
Qol: Ruslan Qurbanov, 45

İslamazeri.az

Yayımlanan xəbərlərin bütün haqları “İslamazeri” İnternet Qəzetinə aiddir. İstinad edilmədən məlumatların, video və fotoların götürülməsi qadağandır.
© Copyright 2006 İslamazeri.az - "İslamazeri" internet qəzeti. Bütün hüquqları qorunur.
İcazəsiz və mənbə göstərilmədən yayımlana bilməz.