haberL haberR

Yıldırım: Türkiyənin Suriya, İraq və Misirlə münaqişədə olmasına bir səbəb yoxdur

Kateqoriya: Dünya Yayımlama tarixi: 12.07.2016 17:13:08

Türkiyə Rusiya ilə əlaqələrin normallaşdırılması üçün addımlar atıb.

İslamazeri.az-ın "Ria Novosti"yə istinadən verdiyi xəbərə əsasən, Türkiyənin baş naziri Binali Yıldırım bildirib ki, ölkəsinin Suriya, İraq və Misirlə münaqişədə olması üçü bir səbəb yoxdur.

“Bizim İraq, Suriya, Misir və digər region ölkələri ilə münaqişədə olmağımıza heç bir səbəb yoxdur. Lakin, əlaqələrimizi inkişaf etdirmək üçün çox səbəblərimiz var. Zamanlı biz bu hədəflərə nail olacağıq”, – Ankarada hakim-Ədalət və İnkişaf partiyasının fəlların önündə çıxış edən Yıldırım bildirib.

O, xatırladıb ki, Türkiyə Rusiya ilə əlaqələrin normallaşdırılması üçün addımlar atıb.

“Ölkələr arasındakı düşmənçilik daimi ola bilməz. Siyasi liderlər arasındakı münasibətlər pisləşə bilər, lakin əsas olan xalqların dedikləridir. İnsanlar bu münaqişəni təqdir etmirdilər və nəhayə sonda, sağlam təfəkkür üstün gəldi. Rusiya və Türkiyə xalqlarının səsi eşidildi və nəticədə normallaşdırma prosesi başladıldı”, – baş nazir əlavə edib.

Yayımlanan xəbərlərin bütün haqları “İslamazeri” İnternet Qəzetinə aiddir. İstinad edilmədən məlumatların, video və fotoların götürülməsi qadağandır.
© Copyright 2006 İslamazeri.az - "İslamazeri" internet qəzeti. Bütün hüquqları qorunur.
İcazəsiz və mənbə göstərilmədən yayımlana bilməz.