haberL haberR

Yol polisindən daha bir biabırçılıq - Video

Kateqoriya: Ölkə Yayımlama tarixi: 09.06.2016 17:33:35

Son vaxtlar yol hərəkəti qaydalarını pozan sürücülərlə bağlı tədbirlər sərtləşdirilib. Lakin maraqlısı odur ki, Dövlət Yol Polisi əməkdaşlarının özlərinin qayda pozuntusu halları da artıb. Belə bir hadisə dünən də qeydə alınıb.

İslamazeri.az avtosfer.az-a istinadən xəbər verir ki, Bakı şəhər Dövlət Yol Polisi İdarəsinə məxsus 99-YP-431 dövlət nömrə nişanlı avtomobil parketmə qaydalarını kobud şəkildə pozub. 8 iyun 2016-cı il tarixdə, 12:15 radələrində şəhərin mərkəzi küçələrindən biriylə - Əziz Əliyevlə hərəkət edən polis əməkdaşı avtomobili düz yolun ortasında saxlayıb.

O, yolun kənarlarında yer olmasına rəğmən avtomobili yolun hərəkət hissəsində saxlayıb və sayrışan işıqları yandıraraq maşını tərk edib. Maraqlısı isə odur ki, polis əməkdaşı sayrışan işığı yandıraraq hansısa xidməti işlə məşğul olmayıb. Sadəcə olaraq yaxınlıqdakı mağazaya girib.

Nəqliyyat üzrə ekspert Ərşad Hüseynov polis əməkdaşının avtomobili qanunsuz park etmək üçün sayrışan işıqlardan istifadə etməsiylə bağlı məsələni aznews.az-a şərh edib.

O, polisin xidməti yararlılıq məsələsinin sual altında olduğunu deyib: "Əgər polis sayrışan işıqları yandırıb dükana girirsə, demək ki, xidmət başında deyil. O zaman zəhmət çəkib, yol hərəkəti qaydalarına riayət etməli, avtomobili qırağa çəkməlidir. Qayda pozuntusu zamanı sayrışan işıqları yandırması isə artıq qanunda nəzərdə tutulan səlahiyyətlərindən sui-istifadədir. Patrul avtomobilində miqalka, səs ona görə qoyulmayıb ki, polis əməkdaşları istədiyi vaxt öz məişət məqsədləri üçün istifadə etsin. Yalnız xidmət zamanı istifadə edə bilərlər. Qaydalar çərçivəsində hərəkət etməyin xidmətin mənafeyinə ziyan vura biləcəyi təqdirdə polisə qaydaları pozmağa icazə verilir. Polis əməkdaşı da qaydanı lazımsız vaxtda pozursa, o zaman inzibati məsuliyyətə cəlb edilə bilər. Həm də həmin polisin xidməti yararlılıq məsələsinə baxılmalıdır ki, o, xidmətdə qala bilər ya yox”.

Yayımlanan xəbərlərin bütün haqları “İslamazeri” İnternet Qəzetinə aiddir. İstinad edilmədən məlumatların, video və fotoların götürülməsi qadağandır.
© Copyright 2006 İslamazeri.az - "İslamazeri" internet qəzeti. Bütün hüquqları qorunur.
İcazəsiz və mənbə göstərilmədən yayımlana bilməz.