Yol polisindən xəbərdarlıq: Nəzarət gücləndirilib

Artıq avqustun 1-də ölkədə yüngül minik avtomobillərinin dövlət texniki baxışından keçmə müddəti başa çatıb. Qanunvericiliyin tələblərinə uyğun olaraq, nəzərdə tutulan müddətdə texniki baxışdan keçməyən avtomobillərin sürücüləri inzibati məsuliyyət daşıyırlar. Bununla əlaqədar Bakı şəhəri ərazisində texniki baxışdan keçməyən avtomobillərin aşkar edilməsi məqsədilə mütəmadi reydlər keçirilir. Avqustun 1-dən 15-dək yol polisi əməkdaşları tərəfindən avtomobili texniki baxışdan keçməyən 180 sürücü müəyyən olunaraq, texniki baxışdan keçmədiyinə görə məsuliyyətə cəlb olunub. Hazırda reydlər davam edir.
Bunu Milli.Az-a DİN-in Bakı Şəhər BPİ DYPİ-nin İctimai əlaqələr bölməsinin rəisi polis polkovnikiVaqif Əsədov bildirib.
V.Əsədov bunu nəzərə alaraq, inzibati məsuliyyətə cəlb olunmaq, cərimələnmək və əlavə vaxt itkisinə məruz qalmaq istəməyənləri, eləcə də özünün və yaxınlarının təhlükəsizliyini düşünənləri avtomobillərini vaxtında texniki baxışdan keçirməyə çağırıb: "Səhər saat 9-dan axşam saat 18:00-dək Bakı-Zabrat-Maştağa yolunun 1-ci km-də yerləşən DİN BDYPİ-nin Müayinə Mərkəzi sürücülərə avtomobillərini texniki baxışdan keçirməyə tam şərait yaradıb və bundan hər bir avtomobil sahibi və ya sürücü istifadə edə bilər. Hətta sıxlığın və növbənin yaranmaması üçün avtomobillərin şənbə-bazar günləri də texniki baxışdan keçirilməsinə şərait yaradılıb. Burada nəqliyyаt vаsitələrinə teхniki bахış onların qeydiyyаt yerindən asılı olmayaraq fasiləsiz olaraq keçirilir".
Bölmə rəisinin sözlərinə görə, əgər sürücüyə avtomobili texniki baxışdan keçmədiyinə görə protokol tərtib edilibsə və 10 gün müddətində həmin avtomobil texniki baxışdan keçməyivbsə, növbəti dəfə həmin şəxs inzibati məsuliyyətə cəlb olunacaq: "Sürücülər minik avtomobilini istehsal ilinin 5-ci, 7-ci, 9-cu illərində, 11-ci ilindən artıq hər il texniki baxışa təqdim etməlidirlər. Qanunvericiliyin tələbinə müvаfiq olаrаq, nəqliyyat vasitələrinin sahibləri və ya sürücüləri tərəfindən müəyyən edilən qaydada və müddətdə nəqliyyat vasitəsini texniki baxışdan keçirməyən fiziki şəxslər əlli manat məbləğində, vəzifəli şəxslər yüz manat məbləğində, hüquqi şəxslər üç yüz manat məbləğində cərimə edilirlər".
Onun sözlərinə görə, texniki baxış zamanı ilkin olaraq avtomobilə vizual baxış keçirilir, təkərlərin protektorları yoxlanılır, xarici görkəminə, şüşələrin tündlüyünə, eyni zamanda avtomobilin qeydiyyat şəhadətnaməsində olan göstəricilərlə uyğunluğu, həmçinin müayinə üzrə müasir standartların tələblərinə cavab verən texniki vasitələrin köməyi ilə mühərrikin ixrac etdiyi dəm qazının tərkibi, işıq, amortizasiya, əyləc sistemləri və sükan-idarəetmə mexanizmi və s. pulsuz yoxlanılır.
V.Əsədov əlavə edib ki, hazırda bütün növ yük avtomobillərinin və avtobusların da texniki baxışdan keçirilməsinə başlanılıb.
-
Dünyanın ən dərin şirin su gölündən görüntülər Rusiyanın Sibir şəhərinin cənubunda yerləşən bu gölün ən yüksək dərinliyi 1637 metrdən ibarətdir.
-
100 min insan döyüşlərə görə Həma əyalətini tərk edib Kütləvi köçə səbəb Həma əyalətində üsyançılar ilə hökumət qüvvələri arasında baş vermiş silahlı toqquşmalardır.
-
Rusiya Türkiyəni Suriyadakı vəziyyəti gərginləşdirməməyə səsləyir Bu bəyanatı Rusiya Federasiya Xarici İşlər Nazirliyi yayıb.
-
300-ə qədər suriyalı qaçqın Türkiyədən azad edilmiş Cərablus şəhərinə geri dönürlər Qaçqınlar Türkiyənin Miqrasiya Xidmətindəki qeydiyyatdan çıxırlar.
-
Ölümü unutmaq – Ayətullah Behcətin dilində "Bəzilərimiz isə daima ölümü xatırlayır və ona hazırlaşırlar."
-
İraqın baş naziri Mosul şəhərinin azad olunmasıyla bağlı açıqlama verib ABŞ İraqın könüllü xalq dəstələrinin (Həşd əş-Şəbi) Mosul əməliyyatında iştirakından narazıdır.