Yollarda çox vaxt keçirən sürücülərə xoş xəbər

Son vaxtlar baş verən yol qəzalarının əsas səbəbləri araşdırılarkən sürücülərin sükan arxasında yorğun və yuxulu olması faktlarına da rast gəlinir.
Avtosfer.az-ın yaydığı xəbərə görə, bunu nəzərə alan DİN Baş Dövlət Yol Polisi İdarəsinin rəisi, general-mayor Ramiz Zeynalov DYP-nin şəhərlərarası yollardakı stasionar postlarında sürücülərin istirahətinin təmin edilməsi ilə bağlı göstəriş verib. Göstərişə əsasən, bütün DYP postlarında sürücülərin qısa müddətli istirahəti üçün şərait yaradılıb. Postlarda əl-üz yumaq yerləri quraşdırılıb və orada dəsmal, sabun və salfet qoyulub. Bundan əlavə, sürücülərin post ərazisində qısa müddətdə avtomobili park etməsinə də şərait yaradılıb.
Mərəzə və İsmayıllı postlarında olan DYP əməkdaşları bildiriblər ki, bu addımın atılması yorğun və yuxulu sürücülərə kömək etmək məqsədi daşıyır. Bununla da bu qəbildən olan sürücülər tərəfindən törədilən yol-qəza hadisələrinin qarşısını almaq mümkün olar. Sürücülər burada rahat şəkildə fasilə edə və yaradılan imkanlardan faydalana bilərlər: “Artıq bəzi sürücülər bu imkanlardan istifadə edirlər. Bunun üçün heç nədən çəkinmək lazım deyil”.
-
Dünyanın ən dərin şirin su gölündən görüntülər Rusiyanın Sibir şəhərinin cənubunda yerləşən bu gölün ən yüksək dərinliyi 1637 metrdən ibarətdir.
-
100 min insan döyüşlərə görə Həma əyalətini tərk edib Kütləvi köçə səbəb Həma əyalətində üsyançılar ilə hökumət qüvvələri arasında baş vermiş silahlı toqquşmalardır.
-
Rusiya Türkiyəni Suriyadakı vəziyyəti gərginləşdirməməyə səsləyir Bu bəyanatı Rusiya Federasiya Xarici İşlər Nazirliyi yayıb.
-
300-ə qədər suriyalı qaçqın Türkiyədən azad edilmiş Cərablus şəhərinə geri dönürlər Qaçqınlar Türkiyənin Miqrasiya Xidmətindəki qeydiyyatdan çıxırlar.
-
Ölümü unutmaq – Ayətullah Behcətin dilində "Bəzilərimiz isə daima ölümü xatırlayır və ona hazırlaşırlar."
-
İraqın baş naziri Mosul şəhərinin azad olunmasıyla bağlı açıqlama verib ABŞ İraqın könüllü xalq dəstələrinin (Həşd əş-Şəbi) Mosul əməliyyatında iştirakından narazıdır.