haberL haberR

Yollarda dünyasını dəyişənlər

Kateqoriya: Hadisə Yayımlama tarixi: 25.10.2014 4:05:04

Bu ilin 9 ayı ərzində 267 nəfər dünyasını dəyişib

Piyadaların keçidlərdən istifadə etməməsi çox vaxt onların həyatı bahasına başa gəlir.

ANS TV-nin məlumatına görə, bu ilin 9 ayı ərzində 707 hadisə baş verib ki, nəticədə 267 nəfər dünyasını dəyişib, 499 nəfər isə xəsarət alıb. İnsanların məsuliyytəsizliyi və sürət həddinin aşılması da insanların həyatına son qoyur. Necə ki, dünən Bakıda sərnişin avtobusu ağır qəza törədib. Ziya Bünyadov prospektində qeydə alınan hadisə zamanı 82 saylı xətt üzrə hərəkət edən sərnişin avtobusu yolu keçən piyada, 40-45 yaşlarında kişini vurub.

Avtobusun zərbəsinə tuş gələn piyada maşının altında qalıb. Hadisə nəticəsində yaralı elə yerindəcə keçinib. Avtobus deformasiyaya uğradığından və mərhumun meyitini çıxarmaq üçün əraziyə FHN-nin Xüsusi Riskli Xilasetmə Ximdətinin əməkdaşları cəlb olunub.

Nərimanov rayonundakı qəzada da piyada dünyasını dəyişib. Hadisə Heydər Əliyev prospektində qeydə alınıb. Dünyasını dəyişən şəxs hadisə yerindən təxminən 15-20 metr aralıda olan piyada keçidinin yaxınlığında avtomaşın tərəfindən vurulub. Onun keçiddən istifadə etməməsi həyatı bahasına başa gəlib. Bunun nəticəsidir ki, bu ilin 9 ayı ərzində baş verən qəzalar arasında ən çox pyadaların vurulması ilə bağlı olub.

Baş Dövlət Yol Polisi İdarəsi ictimaiyyətlə əlaqələr şöbəsinin rəisi Kamran Əliyevin sözlərinə görə, baş verən qəzaların 36 faizini piyada vurulmaları təşkil edib. Onların arasında uşaqlarda var.

Odur ki, siz də son mənzilə deyil evinizə rahat çatmaq istəyirsinizsə, o zaman piyada keçidlərindən istifadə edin. Əks halda həyatınızla vidalaşmalı olacaqsınız. /Ans TV

Yayımlanan xəbərlərin bütün haqları “İslamazeri” İnternet Qəzetinə aiddir. İstinad edilmədən məlumatların, video və fotoların götürülməsi qadağandır.
© Copyright 2006 İslamazeri.az - "İslamazeri" internet qəzeti. Bütün hüquqları qorunur.
İcazəsiz və mənbə göstərilmədən yayımlana bilməz.