Yollarımızın bitməyən sürət problemi

Bir müddət əvvəl tanınmış vəkil Aslan İsmayılov Facebook sosial şəbəkəsindəki profilində Gəncədən Bakı istiqamətində avtomagistralda sürət problemindən yazmışdı. Vəkil avtomagistralda heç bir məntiqə uyğun olmadan sürət həddinin yaşayış məntəqəsi adı ilə saatda 60 km nəzərdə tutulmasından şikayətlənmişdi. Az sonra bu məsələ həllini tapdı və əlaqədar qurumlar yolun əsas hissəsini 110 km, yaxında yaşayış məntəqələri olan hissələri isə 90 km etdilər ki, bu da həmin yoldan istifadə edənlərin işini asanlaşdırdı və mənzil başına gedənlərin vaxtını azaltdı.
Qeyd edək ki, bu məsələ yenə də ammasız ötüşmədi. Belə ki, A.İsmayılov konkret olaraq yolun Gəncədən Bakıya qədər olan hissəsinin problemlərini ictimailəşdirdiyi üçün qurumlar da məhz həmin hissənin problemini həll etdilər.
Gün.az bildirir ki, Gəncədən Şəmkirə qədər olan dairə yol da eyni problemləri yaşayır. Belə ki, Gəncəyə daxil olmadan Şəmkir istiqamətində müasir üslübda dairəvi yol Şəmkir və ondan sonra Gürcüstana qədər olan digər rayonlara gedənlər üçün ən rahat yoldur. Lakin, burada da yolun maksimal sürəti 90 km nəzərdə tutulub. Yolun bəzi hissələri isə ümumiyyətlə saatda 60 km kimi göstərilib. A.İsmayılovun qaldırdığı məsələnin davamı olaraq qeyd etmək lazımdır ki, dairəvi yol elə ondan ötrü çəkilib ki, Gəncə şəhərinə daxil olmadan, yəni ki, yaşayış məntəqsinin ətrafından keçməklə qısa müddətdə digər rayonlara getmək mümkün olsun. Saatda 60 km göstərilən ərazilərin birbaşa olaraq yaxınlığında isə yaşayış məntəqəsi gözə dəymir. Bunun əvəzinə 60 km işarələrindən dərhal sonra isə radarlar quraşdırılıb. Belə bir müasir standartlara uyğun gələn yolda heç bir məntiqə uyğun gəlməyən sürət həddlərinin olmasını anlamaq olmur.
Həmin sürət həddini görəndə fikirləşirsən ki, gərək Aslan İsmayılov təkcə Gəncədən Bakıya yox, bütün yol haqqında yazaydı, ya da ki, Aslan İsmayılova yenidən müraciət etmək lazım olacaq ki, yolun qalan hissəsi haqqında da başqa bir status yazsın.
-
Dünyanın ən dərin şirin su gölündən görüntülər Rusiyanın Sibir şəhərinin cənubunda yerləşən bu gölün ən yüksək dərinliyi 1637 metrdən ibarətdir.
-
100 min insan döyüşlərə görə Həma əyalətini tərk edib Kütləvi köçə səbəb Həma əyalətində üsyançılar ilə hökumət qüvvələri arasında baş vermiş silahlı toqquşmalardır.
-
Rusiya Türkiyəni Suriyadakı vəziyyəti gərginləşdirməməyə səsləyir Bu bəyanatı Rusiya Federasiya Xarici İşlər Nazirliyi yayıb.
-
300-ə qədər suriyalı qaçqın Türkiyədən azad edilmiş Cərablus şəhərinə geri dönürlər Qaçqınlar Türkiyənin Miqrasiya Xidmətindəki qeydiyyatdan çıxırlar.
-
Ölümü unutmaq – Ayətullah Behcətin dilində "Bəzilərimiz isə daima ölümü xatırlayır və ona hazırlaşırlar."
-
İraqın baş naziri Mosul şəhərinin azad olunmasıyla bağlı açıqlama verib ABŞ İraqın könüllü xalq dəstələrinin (Həşd əş-Şəbi) Mosul əməliyyatında iştirakından narazıdır.