haberL haberR

Yolu keçən piyadanı vuran sürücü hadisə yerindən qaçdı

Kateqoriya: Kriminal Yayımlama tarixi: 24.08.2015 18:28:44

G. Mirzəyeva xəsarətlə 3 saylı Şəhər Klinik Xəstəxanasına yerləşdirilib

Bakıda piyadanın vurulması ilə nəticələnən yol qəzası baş verib.Hadisə Bakıxanov qəsəbəsi Fətəliyev küçəsi 5-in qarşısında qeydə alınıb.

Naməlum avtomobil yolu keçən piyada, 1999-cu il təvəllüdlü Günel Vaqif qızı Mirzəyevanı vurub və hadisə yerindən qaçıb.

G. Mirzəyeva xəsarətlə 3 saylı Şəhər Klinik Xəstəxanasına yerləşdirilib.Hazırda polis yol-nəqliyyat hadisəsini törədən şəxsin müəyyən edilərək tutulması istiqamətində iş aparır. (apa)

 
Yayımlanan xəbərlərin bütün haqları “İslamazeri” İnternet Qəzetinə aiddir. İstinad edilmədən məlumatların, video və fotoların götürülməsi qadağandır.
© Copyright 2006 İslamazeri.az - "İslamazeri" internet qəzeti. Bütün hüquqları qorunur.
İcazəsiz və mənbə göstərilmədən yayımlana bilməz.