haberL haberR

YouTube və Facebook ekstremist videoları siləcək

Kateqoriya: Texnologiya Yayımlama tarixi: 25.06.2016 12:56:03

YouTube və Facebookdakı yeni sistem avtomatik olaraq ekstremist videoları siləcək

Islamazeri.az-ın Reuters agentliyinə istinadən verdiyi xəbərə əsasən, dünyanın ən iri video-hostinqi YouTube və sosial şəbəkəsi Facebook, ekstremist tərkibli videolar blok edilməsi üçün avtomatik sistemdən istifadə etməyə başlayıblar.

Agentlik qeyd edir ki, avtomatik sistem tez bir şəkildə İŞİD qruplaşmasının yüklədiyi təbliğatçı videolar və ya digər oxşar materialları blok etməyə imkan verir.

Bu texnologiya ilk öncə müəllif hüququ ilə qorunmuş “kontentin” (materialın) tapılaraq silinməsi üçün hazırlanmışdı. Sistem faylın (materialın) “xeşini” (red. – faylın adına bağlı olmayan mükəmməl rəqəmsal identifikator) axtarır. Bu “xeş” internet-şirkətə avtomatik şəkildə müvafiq xeşlə olan bütün materialları avtomatik silməyə imkan verir.

Məlumata əsasən, ötən həftə istehsalçılar avtomatik bloklama sistemini iri internet-şirkətlərə təqdim ediblər.

Yayımlanan xəbərlərin bütün haqları “İslamazeri” İnternet Qəzetinə aiddir. İstinad edilmədən məlumatların, video və fotoların götürülməsi qadağandır.
© Copyright 2006 İslamazeri.az - "İslamazeri" internet qəzeti. Bütün hüquqları qorunur.
İcazəsiz və mənbə göstərilmədən yayımlana bilməz.