YPG açıqladı: Kobani küçələri İŞİD cəsədləri ilə dolur
Kateqoriya: Dünya
Yayımlama tarixi: 18.10.2014 00:55:27
4176 dəfə oxunub.

İslamazeri.az "Shafaqna" agentliyinə istinadən xəbərə verir ki, kürd peşmərgələrinin komandiri Bərxvedan, Kobanidə baş verən son hadisələrdən sonra mətbuata yeni açıqlamalar verib: "Bir aylıq müqavimətdən sonra qələbəyə doğru addım-addım irəliləyirik. Bir həftədir Kobani İŞİD üçün qəbiristanlıq olub. Kobaninin hər evində, küçələrində İŞİD terrorçularının cəsədləri var. Hər üç cəbhədə irəliləyiş hiss edirik. Onları öldürmədiyimiz və silahlarına əl qoymadığımız gün yoxdur. Kobani müqavimət və qələbə şəhəridir. Kim nə deyirsə desin. Deyilənlər bizim üçün heç bir əhəmiyyət daşımır. Gəlib Kobanı həqiqətlərini öz gözləri ilə görsünlər. Kobaninin işğalı bir xülyadır və bu xəyal heç vaxt reallaşmayacaq. Biz başqalarından silah yardımı almadan, öz gücümüz və iradəmizlə döyüşürük."
Xatırladaq ki, hazırda Kobaninin hər üç cəbhəsində İŞİD-ə qarşı təmizlik əməliyyatları həyata keçirilir.
-
Dünyanın ən dərin şirin su gölündən görüntülər Rusiyanın Sibir şəhərinin cənubunda yerləşən bu gölün ən yüksək dərinliyi 1637 metrdən ibarətdir.
-
100 min insan döyüşlərə görə Həma əyalətini tərk edib Kütləvi köçə səbəb Həma əyalətində üsyançılar ilə hökumət qüvvələri arasında baş vermiş silahlı toqquşmalardır.
-
Rusiya Türkiyəni Suriyadakı vəziyyəti gərginləşdirməməyə səsləyir Bu bəyanatı Rusiya Federasiya Xarici İşlər Nazirliyi yayıb.
-
300-ə qədər suriyalı qaçqın Türkiyədən azad edilmiş Cərablus şəhərinə geri dönürlər Qaçqınlar Türkiyənin Miqrasiya Xidmətindəki qeydiyyatdan çıxırlar.
-
Ölümü unutmaq – Ayətullah Behcətin dilində "Bəzilərimiz isə daima ölümü xatırlayır və ona hazırlaşırlar."
-
İraqın baş naziri Mosul şəhərinin azad olunmasıyla bağlı açıqlama verib ABŞ İraqın könüllü xalq dəstələrinin (Həşd əş-Şəbi) Mosul əməliyyatında iştirakından narazıdır.