haberL haberR

YPG-nin amerikalı döyüşçüsü İŞİD tərəfindən öldürüldü

Kateqoriya: Yaxın Şərq Yayımlama tarixi: 11.06.2015 12:44:59

Keyt Brumfild adlı amerikalı döyüşçü öldürülüb

İslamazeri.az kürd mediasına istinadən xəbər verir ki, Suriyanın Kobani şəhəri yaxınlığında kürdlərin YPG (Xalq Müdafiə Qoşunları) təşkilatına qoşularaq İŞİD terror təşkilatınaqarşı vuruşan bir ABŞ vətəndaşı öldürülüb.

YPG rəsmisi Nasir Hacı Massaçusets ştatından döyüşmək üçün Türkiyə vasitəsilə Suriyaya gələn Keyt Brumfild adlı amerikalının iyunun 3-də Kobani yaxınlığında Kəntərə kəndində İŞİD-in hücumları zamanı öldürüldüyünü açıqlayıb. Nasir Hacı Gelhat Raman ləqəbindən istifadə edən Brumfildin fevralın 24-də YPG qüvvələrinə qatıldığını sözlərinə əlavə edib.

ABŞ Xarici İşlər Nazirliyinin mətbuat katibi Cef Ratske Brumfildin öldüyünü təsdiq edib,lakin məsələ ilə bağlı ətraflı məlumat verməyib. Cef Ratske ABŞ-ın Brumfildin ailəsini konsulluq xidməti ilə təmin etdiyini də bildirib. Keyt Brumfildin YPG qüvvələri tərkibində döyüşərək həyatını itirən ilk amerikalı döyüşçü olduğu qeyd edilib.

Yayımlanan xəbərlərin bütün haqları “İslamazeri” İnternet Qəzetinə aiddir. İstinad edilmədən məlumatların, video və fotoların götürülməsi qadağandır.
© Copyright 2006 İslamazeri.az - "İslamazeri" internet qəzeti. Bütün hüquqları qorunur.
İcazəsiz və mənbə göstərilmədən yayımlana bilməz.